Kod adı: "V. X. A." və ya Kod adı "Vətən xainlərinin arvadları" ― 2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrın premyerası keçirilmiş tamaşa.
Kod adı: "V.X.A." | |
---|---|
ALJIR | |
Ölkə | Azərbaycan |
Yazıçı | Mehriban Ələkbərzadə |
Rejissor | Mehriban Ələkbərzadə |
Bəstəkar | Azər Hacıəsgərli |
Ssenari müəllifi | |
Nümayiş tarixi | 17 dekabr 2022 |
Nümayiş yeri | Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı |
Orijinal dili | Azərbaycan dili |
Mövzu | Stalin repressiyaları, Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi |
Mövzudakı hadisənin tarixi | 1937- 1953 cü illər |
Mövzudakı hadisənin yeri | Bakı, Akmola |
Tamaşa Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının başına gələn hadisələr haqqındadır.
Tarixi faktlara əsasən yazılmış əsərin müəllifi Mehriban Ələkbərzadədir.[1] Əsərdə XX əsrin 30-cu illərində Azərbaycanda baş verən Stalin repressiyalarıdan əziyyət çəkən qadınların sürgündəki həyatları təsvir edilib.[2] Tamaşa Əhməd Cavadın 130 illiyinə, repressiya qurbanı olmuş böyük fikir adamlarına və onların ailə üzvlərinə, xanımlarına ithaf olunub.[3][4]
Tamaşanın premyerası 2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilib.[5]
Tamaşada şairə sürgün edilmiş 37 azərbaycanlı qadının[6] həyatı o cümlədən də şairə Ümmügülsümün, şairə və Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavadın, aktrisa Panfiliya Tanailidinin, pianoçu Xədicə Qayıbovanın, Quba Qızlar Seminariyasının direktoru Sənubər Eyyubovanın, jurnalist Mədinə Qiyasbəylinin, ictimai-siyasi xadimlər Ceyran Bayramovanın, Ayna Sultanovanın həbsxanada və ya sürgündə başlarına gələn hadisələr real faktlar əsasında səhnələşdirilib.[7][8]
Yaradıcı heyət[9]
Rollarda[9]
Mühim işler üzre müstentiq - Şövqi Hüseynov
Müstentiq- İlham Esedov
Müstentiq- Vüqar Memmedeliyev
Müstentiq- Elnur Kerimov