Haqq aşığı — 2021-ci ildə çəkilən sənədli film. Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. 20 oktyabr 2022-ci ildə Nizami Kino Mərkəzində premyerası olmuşdur.[2]
Haqq aşığı | |
---|---|
Janr | sənədli film |
Rejissor | |
Ssenari müəllifi | |
Baş rolda | Aşıq Təbriz Vəliyev |
Montajçı | Mübariz Nağıyev |
İstehsalçılar | "Salnamə" sənədli filmlər studiyası |
İlk baxış tarixi | 20 oktyabr 2022[1] |
Müddət | 52 dəq. |
Ölkə | |
Dil | Azərbaycan dili |
Rəng | rəngli, ağ-qara[d] |
Çəkiliş yeri | Bakı, Kəlbəcər rayonu, Qazax rayonu, Qars ili, Gədəbəy rayonu |
Filmdə saz-söz ustası Dədə Ələsgərin yaradıcılığı, həyat yolu haqqında professor Məhərrəm Qasımlı, ələsgərşünas alim Fəxrəddin Salim, tədqiqatçı Abbas Bağırov, Aşıq Fətulla Göyçəli, aşığın nəticəsi Xətai Ələsgəri danışmışlar.
Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. Sənədli film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişilə "Salnaməfilm studiyası" MMC-də istehsal olunub.[3]
Filmin rejissoru Nizami Abbas, ssenari müəllifi Füzuli Sabiroğludur.[4] ProRes 4444 formatında çəkilən filmin xronometrajı 52 dəqiqədir.
Filmdə Aşıq Ələsgər ocağının nümayəndələrinin müsahibələri və kadrarxası diktor mətnindən istifadə edilib. Filmə bədii səhnələrlə rəng qatılıb. Filmin çəkilişləri Qarsda, Bakı şəhərində, Gədəbəy, Qazax, Kəlbəcər və başqa rayonlarında aparılıb[5].
20 oktyabr 2022-ci ildə Nizami Kino Mərkəzində filmin premyerası olmuşdur.
21 mart 2024-cü ildə film həm İctimai TV, həm də ARB TV-də yayımlanmışdır.