Azərbaycan–Türkiyə sərhədi

Azərbaycan-Türkiyə sərhədi — iki ölkə arasında uzunluğu 17.7 km (11 mil) olan sərhəd. Bu hər iki ölkə üçün ən qısa sərhəd xəttidir. Sərhəd Türkiyədə İğdırın cənub-şərqində və Naxçıvan MR-in şimal-qərbindən keçir. Sərhəd RusiyaTürkiyə arasında 1921-ci ilin martın 16-da bağlanmış müqavilə əsasında yaradılmışdır. Sərhəd xətti Araz çayı boyunca müəyyən edilmişdir.

Azərbaycan–Türkiyə sərhədi
Xüsusiyyətləri
Dövlətlər
Uzunluğu 17 km (11mil)
Tarixi
Yaradılıb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Araz çayı boyu sərhəd uzanır. Dərhal yaxınlığında olan torpaq düz və inkişafsız, dörd xətli yol və iki gömrük keçid məntəqəsi var. Sərhəddən təxminən 7 km aralı Azərbaycan Respublikası daxilində Sədərək yaşayış məntəqəsi yerləşir. Türkiyə tərəfdə isə ənyaxın yaşayış məntəqəsi 28 km məsafədə yerlşən Aralıq kəndidir.

22 may 1992-ci ildə Araz çayı üzərində 2 ölkənin sərhəd keçid məntəqələrini birləşdirən Ümid körpüsü istifadəyə verilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]