Azərbaycan–Türkiyə münasibətləri — Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Türkiyə münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Azərbaycan Respublikasının Türkiyəda səfirliyi | |||||
Səfir | Rəşad Məmmədov | ||||
Ünvan | Ankara, Diplomatik Site, Baku Sok. No:1, Oran 06450 | ||||
Türkiyənın Azərbaycan Respublikasında səfirliyi | |||||
Səfir | Cahid Bağçı | ||||
Ünvan | Bakı, S.Vurğun küçəsi, 134 | ||||
Digər | |||||
Quruluş tarixi | 14 yanvar 1992 | ||||
Dövriyyə | 5,84 mlrd doll. (2022) | ||||
Sərhəd | 15 km | ||||
Vikianbarda əlaqəli mediafayllar |
SSRİ dağılandan sonra rəsmi şəkildə Azərbaycan və Türkiyə arasında ilk diplomatik əlaqələr quruldu.
Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir[1].
Azərbaycanın Türkiyədə:
Türkiyənin Azərbaycanda:
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[2]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Vilayət Quliyev olmuşdur[3]. 4 mart 2016-cı il tarixindən Əhliman Əmiraslanov işçi qrupunun rəhbəridir[2].
Kəlbəcər rayonunun işğalından sonra Türkiyə Ermənistan ilə olan sərhədini bağlamışdır. Sərhəd hazırda da bağlı olaraq qalır.
13 iyul 2006-cı ildə Bakıda başlayıb Ceyhanda bitən və 3 dövlət (Azərbaycan,Gürcüstan və Türkiyə) ərazilərindən keçən neft borusu. Bakı-Tbilisi-Ceyhan borusu MDB-də Rusiya ərazisindən keçməyən ilk borudur.
İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[4] | 2 597 776,65 | 1 563 048,04 | 4 160 824,69 |
2021[5] | 2 818 136 | 1 843 709,29 | 4 661 845,29 |
2022[6] | 3 544 755,91 | 2 297 421,92 | 5 842 177,83 |
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Türkiyə ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |