Türkiyə–Gürcüstan sərhədi — Gürcüstan və Türkiyə arasında dövlət sərhədi. Ümumi uzunluğu 273 km-dir[1] və qərbdən Qara dəniz sahillərindən şərqdə Ermənistanla sərhəd qovşağına qədər uzanır[2].
Gürcüstan–Türkiyə sərhədi | |
---|---|
Xüsusiyyətləri | |
Dövlətlər | |
Uzunluğu |
|
Vikianbarda əlaqəli mediafayllar |
Gürcüstan-Türkiyə sərhədi qərbdən, Gürcüstanın kiçik Sarpi kəndinin cənubundakı Qara dəniz sahillərindən başlayır və daha sonra nizamsız bir zəncir boyunca şərqə uzanır. Sonra Aktaş gölündən keçərək Ermənistanla sərhəd qovşağına enərək cənub-şərqə geniş şəkildə əyilir. Bu sərhədin qərbİ Gürcüstanın muxtariyyatı olan Acarıstana məxsusdur.
Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalaYır[3]. Bu müqaviləyə əsasən, Rusiya əvvəllər San Stefano və Berlin Müqaviləsi çərçivəsində əldə edilmiş əraziləri geri qaytarır.
1918-ci ildə Cənubi Qafqaz xalqları Rusiya imperiyasından müstəqillik qazanmaq üçün Zaqafqaziya Demokratik Federativ Respublikasını elan edir və Osmanlı İmperiyası ilə sülh danışıqlarına başlayır[4][5]. Daxili fikir ayrılıqları Gürcüstanın 1918-ci ilin mayında federasiyadan ayrılmasına, daha sonra isə Ermənistan və Azərbaycan tərəfindən izlənilməsinə səbəb olur. 4 iyun 1918-ci ildə Batum konfransı sonrası Batum müqaviləsi imzalanır. Bununlada 1878-ci ilə qədər mövcud olan sərhədlər tanınır[6][7]. Ermənistandakı Osmanlı fəthləri nəhayət 1920-ci ildə Gümrü müqaviləsinin imzalanması ilə bitir. Birinci Dünya müharibəsində Osmanlı İmperiyasının məğlubiyyətindən sonra Antanta ölkələri və müttəfiqləri onu 1920-ci ildə Sevr müqaviləsinə əsasən bölməyi planlaşdırır[8]. Lazistanın böyük bir hissəsi Gürcüstana aid edilir. Türkiyə İstiqlaliyyət müharibəsinin başlamasına kömək edən bu müqavilədən Türk millətçiləri hiddətlənir. Türkiyənin bu qarşıdurmada qazandığı uğur, Sevr müqaviləsinin müddəalarını reallaşmaz hala gətirir. 1920-ci ildə Sovet ordusu, hər iki ölkənin müstəqilliyinə son qoyaraq Azərbaycan və Ermənistanı işğal edir və daha sonra 1921-ci ilin fevral-mart aylarında Gürcüstan ərazisinə daxil olur. Osmanlılar yaranan fürsətdən istifadə edərək Artvin, Ardahan, Batumi və digər torpaqları ələ keçirir. Geniş miqyaslı Rusiya-Türkiyə müharibəsinin qarşısını almaq üçün hər iki tərəf 1921-ci ilin martında Sovet-Osmanlı sərhədində dəyişikliklər edilməsini nəzərdə tutan Moskva müqaviləsini imzalayır[9][10]. Ancaq yerdə döyüşlər hələ davam edir və danışıqlar dalana dirənir. Bu müqavilənin müddəaları sonradan, eyni ilin oktyabr ayında Qars müqaviləsi ilə təsdiqlənir və nəticədə indiki Türkiyə-Gürcüstan sərhədi müəyyən olunur. Türkiyə bölgənin əksəriyyətini təşkil edən müsəlman əhalini qorumaq üçün Acarıstanın muxtar bir bölgə olaraq yaradılması şərti ilə Batumiyə iddialarından imtina edir. Sonra sərhəd 1925-ci ilin martından 1926-cı ilin iyuluna qədər Sovet-Türk ortaq komissiyası tərəfindən yerdə təyin olunur. Türkiyənin müstəqilliyi 1923 Lozanna müqaviləsi ilə tanınır. 1922-ci ildə Cənubi Qafqazın üç keçmiş dövləti SSRİ-nin tərkibində olan Zaqafqaziya SFSR-yə birləşdirilir. 1936-cı ildə yenidən bölünmədən əvvəl Sovet hakimiyyət orqanlarının, xüsusən 1945-ci ildə onu dəyişdirmək barədə vaxtaşırı iddialarına baxmayaraq[11][12], Qars müqaviləsi ilə qurulan sərhəd qorunub saxlanılır. ABŞ tərəfindən dəstəklənən Türkiyə bu iddiaları müzakirə etməkdən imtina edir və cənub qonşusu ilə münasibətlərini yaxşılaşdırmaq istəyən SSRİ, tezliklə iddialarından imtina edir[13].
1991-ci ildə SSRİ-nin dağılması ilə Gürcüstan müstəqillik qazanır. Türk-Sovet sərhədindəki hissəsini miras alır. Türkiyə Gürcüstanın müstəqilliyini 16 dekabr 1991-ci ildə tanıyır. 21 may 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair bir protokol imzalanır. Bununla da Türkiyə–Gürcüstan sərhədləri təsdiqlənir[14].