Azərbaycan-Türkiyə (Aygün Kazımovanın mahnısı)

"Azərbaycan-Türkiyə", azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadəyə, musiqisi Cavanşir Quliyevə aiddir. Mahnı 2015-ci ildə Cavanşir Quliyevin bəstələrindən ibarət "Canım Vətənim" albomuna daxil edilmişdir.[1] Aygün Kazımova mahnının remake versiyasını 28 may 2021-ci ildə "YAŞAT" Fondunun təşəbbüsü ilə AZTV-də təşkil olunan konsertdə ifa etmişdir. Mahnını türk əsilli musiqiçi Hakan Erol aranjiman etmişdir. Aygün Kazımova mahnının klipini 16 iyun 2021-ci ildə öz şəxsi YouTube hesabında təqdim etmişdir.[2]

sinql
Azərbaycan-Türkiyə
İfaçı Aygün Kazımova
Yayımlanıb 1997
Janr pop
Dil azərbaycanca
Müddət 05:32
Bəstəkar Cavanşir Quliyev
Sözlərin müəllifi Bəxtiyar Vahabzadə

Mətni[redaktə | mənbəni redaktə et]

Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət Hər ikisi cumhuriyyət Azərbaycan Türkiyə Azərbaycan Türkiyə

Bir ananın iki oğlu Bir ağacın iki qolu O da ulu, bu da ulu Azərbaycan Türkiyə Azərbaycan Türkiyə

Ana yurdda yuva qurdum Ata yurda könül verdim Ana yurdum, Ata yurdum Azərbaycan Türkiyə Azərbaycan Türkiyə

Birdir bizim hər halımız Diləyimiz, amalımız Bayraqlarda hilalımız Azərbaycan Türkiyə Azərbaycan Türkiyə

Dinimiz bir, dilimiz bir Ayımız bir, ilimiz bir Eşqimiz bir, yolumuz bir Azərbaycan Türkiyə Azərbaycan Türkiyə Azərbaycan Türkiyə Azərbaycan Türkiyə

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://itunes.apple.com/us/album/canım-vətənim/id1196716481
  2. Xalq artisti Azərbaycan və Türkiyə üçün oxudu — VİDEO Arxivləşdirilib 2021-06-17 at the Wayback Machine İstifadə tarixi: 17.06.2021