Vətən oğlu (mahnı)


Vətən oğlu — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır.[1]

sinql
Vətən oğlu
İfaçı Aygün Kazımova
Yayımlanıb 2020
Janr pop
Dil azərbaycanca
Müddət 04:04
Bəstəkar Fərid Kərimli
Sözlərin müəllifi Nəriman Abbaszadə
Prodüser
Aygün Kazımova mahnılarının xronologiyası
"Əsgər marşı"
(2020)
"Vətən oğlu"
(2020)
Videoklip
 Vətən oğlu

Mahnının hazırlanması[redaktə | mənbəni redaktə et]

Aygün Kazımova 22 avqust 2020-ci ildə Tovuz döyüşləri zamanı şəhid olmuş əsgərimizə ithafən "Əsgər marşı" mahnısını təqdim etmişdir. Aygün Kazımova mahnını İkinci Qarabağ Müharibəsinin Azərbaycanın qələbəsi ilə bitməsi və torpaqlarımızın işğaldan azad olunması müsabətilə əsgərlərimizin simasında Ali Baş Komandan İlham Əliyevin doğum gününə özəl olaraq təqdim etmişdir. Mahnının sözləri Nəriman Abbaszadəyə, musiqisi Fərid Kərimliyə, aranjimanı Elvin İmanova, miks-masterinqi gürcüstanlı musiqiçi Aliko Berdzenişviliyə, vokal məşqçisi Azərbaycan əsilli türk musiqiçi Hakan Erola, əsəri lentə alan isə türkiyəli musiqiçi Emrah Moğulkoça aiddir.

Video klip[redaktə | mənbəni redaktə et]

Mahnıya klipi türkiyəli rejissor Selim Akar çəkmişdir. Klip Türkiyədə lentə alınmışdır. Klip 24 dekabr 2020-ci ildə təqdim edilmişdir. Klip prezident İlham Əliyevin 59-cu doğum günü münasibətilə təqdim edilmişdir.[2][3] Klipdə Türkiyə Opera və Balet qrupunun solistləri Naz Kurtuluş və Cenktan Karagül rol almışdır. Klipdə prezident İlham Əliyevin İkinci Qarabağ Müharibəsi zamanı işğaldan azad olunan əraziləri elan edən zaman və 2020 Bakı Qələbə Paradı çıxışlarındakı kadrlardan istifadə edilmişdir. Həmçinin vitse-prezident Mehriban Əliyevanın İslam Həmrəyliyi Oyunlarınları zamanı çıxışındakı kadrlardan istifadə edilmişdir.

Klipdə Aygün Kazımova əlində "Karabakh is Azerbaijan", "No Terrorism", "No Racism", "No War" kimi plankartlardan istifadə etmişdir.

Layihə üzərində çalışanlar[redaktə | mənbəni redaktə et]

  • vokal: Aygün Kazımova
  • Söz: Nəriman Abbaszadə
  • Musiqi: Fərid Kərimli
  • Aranjiman: Elvin İmanov
  • Mix & masterinq: Aliko Berdzenişvili (Bravo records)
  • Vocal coach: Hakan Erol
  • Recording: Emrah Moğulkoç
  • Rejissor: Selim Akar
  • Quruluşçu operator: Eren Yıldız
  • Fotoqraflar: Selim Akar, Sezai Demirer
  • Montaj: Turan Onur ( The Post Brothers)
  • Rəngləmə: Ercan Küçük (The Post Brothers)
  • Style: Rüfət İsmayıl
  • Geyimlər: “Afffair”, “Çiğdem Akın”
  • Saç: İsa Töre
  • Makiaj: Kürşat Akcebe

Mahnının çıxış tarixi[redaktə | mənbəni redaktə et]

Ölkə Tarix Format(lar) Leybl
Dünya miqyasında 24 dekabr 2020 MP3 "Aygun Music"

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Aygün Kazımovadan Prezidentin doğum gününə özəl - VİDEO". 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
  2. ""Vətən oğlu" - VİDEO". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
  3. "Aygün Kazımova prezidentin ad gününə mahnı həsr etdi - VİDEO". 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]