"Azərbaycan-Türkiyə", azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadəyə, musiqisi Cavanşir Quliyevə aiddir. Mahnı 2015-ci ildə Cavanşir Quliyevin bəstələrindən ibarət "Canım Vətənim" albomuna daxil edilmişdir.[1] Aygün Kazımova mahnının remake versiyasını 28 may 2021-ci ildə "YAŞAT" Fondunun təşəbbüsü ilə AZTV-də təşkil olunan konsertdə ifa etmişdir. Mahnını türk əsilli musiqiçi Hakan Erol aranjiman etmişdir. Aygün Kazımova mahnının klipini 16 iyun 2021-ci ildə öz şəxsi YouTube hesabında təqdim etmişdir.[2]
sinql | |
Azərbaycan-Türkiyə | |
---|---|
İfaçı | Aygün Kazımova |
Yayımlanıb | 1997 |
Janr | pop |
Dil | azərbaycanca |
Müddət | 05:32 |
Bəstəkar | Cavanşir Quliyev |
Sözlərin müəllifi | Bəxtiyar Vahabzadə |
Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət Hər ikisi cumhuriyyət Azərbaycan Türkiyə Azərbaycan Türkiyə
Bir ananın iki oğlu Bir ağacın iki qolu O da ulu, bu da ulu Azərbaycan Türkiyə Azərbaycan Türkiyə
Ana yurdda yuva qurdum Ata yurda könül verdim Ana yurdum, Ata yurdum Azərbaycan Türkiyə Azərbaycan Türkiyə
Birdir bizim hər halımız Diləyimiz, amalımız Bayraqlarda hilalımız Azərbaycan Türkiyə Azərbaycan Türkiyə
Dinimiz bir, dilimiz bir Ayımız bir, ilimiz bir Eşqimiz bir, yolumuz bir Azərbaycan Türkiyə Azərbaycan Türkiyə Azərbaycan Türkiyə Azərbaycan Türkiyə