Rövşən Rüstəmov (6 oktyabr 1980, Cəfərli, İmişli rayonu) — "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri.[3][4]
Rövşən Rüstəmov | |
---|---|
Rövşən Mürvət oğlu Rüstəmov | |
Vəzifədədir | |
26 oktyabr 2022-ci ildən | |
Əvvəlki | Cavid Qurbanov |
Vəzifədədir | |
1 noyabr 2021-ci ildən | |
Prezident | Rəşad Nəbiyev |
14 iyun 2021 – 26 oktyabr 2022 | |
Nazir | Rəşad Nəbiyev |
4 iyun 2018 – 14 iyun 2021 | |
Sədr | Rəşad Nəbiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 oktyabr 1980 (44 yaş) |
Doğum yeri | |
Təhsili |
Biznesin Davamlılığı İnstitutu (2014) Dövlət İdarəçilik Akademiyası (1997–2003) |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | İqtisad üzrə fəlsəfə doktoru[1] |
|
|
Təltifləri | [2] |
Rüstəmov Rövşən Mürvət oğlu 1980-ci il oktyabrın 6-da İmişli rayonunun Cəfərli kəndində anadan olub.
1997–2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq, dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirib, bakalavr dərəcəsinə yiyələnib.
2001–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsi alıb.
2007-ci ildə dissertasiya işi müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.[1]
2004–2012-ci illərdə Azərpoçt MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb.
2012–2014-cü illərdə Azərkosmos ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib.
2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (en:Business Continuity Institute) davam etdirərək, "Biznesin davamlılığının planlaşdırılması proqramı"nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə Azərkosmos ASC-nin sədr müavini təyin edilib.[5]
Ölkə Prezidentinin 2021-ci il 14 iyun tarixli sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.[6]
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 oktyabr sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.[3]
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.[7]
2024-cü ildə Rövşən Rüstəmov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib.[2]