Elnur Məmmədli (29 iyun 1988, Bakı) — Azərbaycanlı cüdoçudur. 2008 Yay Olimpiya Oyunlarının qızıl medalçısı, 2 qat Avropa Çempionu, Əməkdar bədən tərbiyəsi və idman xadimi.
Elnur Məmmədli | ||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||
Tam adı | Elnur Çingiz oğlu Məmmədli | |||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR | |||||||||||||||||||||||||
Boyu | 175 sm. (5 ft 6 in) | |||||||||||||||||||||||||
Çəkisi | 73 kq | |||||||||||||||||||||||||
İdman növü | Cüdo | |||||||||||||||||||||||||
Karyera illəri | —2012 | |||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Elnur Məmmədli 29 iyun 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2009-cu ildə Polis Akademiyasına daxil olmuşdur. 2008-ci il Yay Olimpiya Oyunlarından sonra Azərbaycan Respublikası Daxili İşlər naziri Ramil Usubov tərəfindən Elnur Məmmədliyə polis baş leytenantı rütbəsi vermişdir.
Elnur Məmmədli 2003-cü ildə Maştağa qəbəsində baş tutan Azərbaycan Çempionatında mübarizə apardı. Həmin turnirin final görüşündə İlqar İsrafilova məğlub olan 15 yaşlı Elnur Məmmədli Azərbaycan Çempionatının gümüş medalına sahib oldu.[1]
2004-cü ilin mayında isə Elnur Məmmədli beynəlxalq turnirlərdə debüt elədi. Kiyev şəhərində baş tutan U-20 European Cup beynəlxalq turnirində mübarizə aparan Elnur Məmmədli final görüşündə Rusiya nümayəndəsi İvan Nifontova qalib gəldi və turnirin qalibi oldu.[2]
Həmin ilin 2-4 iyulunda Niderlandın Rotterdam şəhərində mövsümün əsas turniri hesab olunan gənclər arasında Avropa Çempionatı baş tutdu. Elnur Məmmədli turnirin 1/16 final mərhələsində Belçija nümayəndəsi Torgal Asperta qalib gəldi və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Macarıstan nümayəndəsi Attila Fehér oldu. Bu görüşdə də Elnur Məmmədli rəqibi üzərində qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İtaliya nümayəndəsi Gesualdo Scollo oldu. Üçüncü görüşündə də Elnur Məmmədli rəqibinə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Gürcüstan nümayəndəsi Qivi Demetraşvili oldu. Həmin görüşdə də rəqibi üzərində qələbə qazanan Elnur Məmmədli turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Rusiya nümayəndəsi Kiril Denisov oldu. Final görüşündə də Elnur Məmmədli rəqibinə qalib gəldi və gənclər arasında Avropa Çempionatının qızıl medalına sahib oldu.[3]
Kişilərin −73 Kq. turnirində Azərbaycanı Elnur Məmmədli təmsil elədi.[4] Avqustun 11-də mübarizə aparan Elnur Məmmədli son Dünya Çempionatının finalçısı, həm də 2006-cı il Avropa Çempionatının qalibi idi. Elnur Məmmədli olimpiadanın 1/16 final mərhələsində Belçika nümayəndəsi Di Van Tiçelt ilə üz-üzə gəldi.[5] Din Van Tiçelt apreldə Lissabon şəhərində (Portuqaliya) baş tutan Avropa Çempionatının qalibi idi. Bu görüşdə Elnur Məmmədli rəqibi üzərində ipponla qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı.[5] Bu mərhələdə onun rəqibi Belarus cüdoçusu Konstantin Semenov oldu.[5] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci dəqiqəsinin tamamında referilər həm Məmmədli, həm də Semenova şido cərimə balı verdi.[5] Görüşün 1:30-cu dəqiqəsində isə Elnur Məmmədli rəqibi üzərində ipponla qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı.[5] Bu mərhələdə onun rəqibi Asiya Çempionatının qalibi Şimali Koreya nümayəndəsi Kim Çol-Su oldu.[5] Görüşün 1:30-cu dəqiqəsində Elnur Məmmədli rəqibini osaehomi fəndinə saldı.[5] Nəticədə Elnur Məmmədli rəqibi üzərində vaxtından əvvəl təmiz qələbə qazandı və olimpiadanın yarı-final mərhələsinə adladı.[5] Finala gedən yolda isə onun rəqibi son Asiya Çempionatının qalibi İran cüdoçusu Əli Malumat oldu.[5] Görüşün 2:00-ci dəqiqəsində Elnur Məmmədli rəqibi üzərində ipponla qələbə qazandı və Olimpiya Oyunlarının final görüşünə vəsiqə qazandı.[5] Həlledici görüşdə onun rəqibi son Dünya Çempionatının qalibi Cənubi Koreya nümayəndəsi Van Ki-Çun oldu.[5] Elnur Məmmədli həmin rəqibinə 2007-ci ilin sentyabrında Rio-de-Janeyro şəhərində (Braziliya) Dünya Çempionatının final görüşündə məğlub olmuşdu. Bu səfər isə final görüşü cəmi bir neçə davam elədi.[5] Elnur Məmmədli final görüşünün 12-ci saniyəsində rəqibi üzərində ipponla qələbə qazandı və XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[5] Elnur Məmmədli Olimpiya Oyunları tarixində beş görüşün hamısında vaxtından əvvəl qələbə qazanan birinci cüdoçu oldu. Elnur Məmmədli həm də Azərbaycanın Olimpiya Oyunları tarixində qızıl medal qazanan birinci cüdoçu oldu. Təltifetmə mərasimi zamanı Elnur Məmmədliyə qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.
2024-cü ili sentyabrın 14-də Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Elnur Məmmədli İctimai Şuranın sədri seçilib.[6]
U-20 Europen Cup | Ukrayna | |||
U-17 Avropa Çempionatı | Niderland | |||
U-20 Europen Cup | Polşa | |||
U-20 Avropa Çempionatı | Bolqarıstan | |||
World Cup | Rusiya | |||
World Cup | Macarıstan | |||
World Cup | Niderland | |||
World Cup | Rusiya | |||
Avropa Çempionatı | Finlandiya | |||
Gənclərin Dünya Çempionatı | Dominikan Respublikası | |||
World Cup | Fransa | |||
Avropa Çempionatı | Serbiya | |||
World Cup | İtaliya | |||
Dünya Çempionatı | Braziliya | |||
World Cup | Almaniya | |||
Avropa Çempionatı | Portuqaliya | |||
World Cup | Rusiya | |||
Olimpiya Oyunları | Çin | |||
Qran-Pri | Tunis | |||
World Cup | Misir | |||
World Cup | Portuqaliya | |||
Dünya Çempionatı | Yaponiya | |||
World Masters | Azərbaycan | |||
Qran-Pri | Almaniya | |||
Avropa Çempionatı | Türkiyə | |||
Grand Slam | Rusiya | |||
Grand Slam | Braziliya | |||
Dünya Çempionatı | Fransa | |||
Grand Slam | BƏƏ | |||
World Masters | Qazaxıstan | |||
Qran-Pri | Almaniya | |||
Grand-Slam | Rusiya | |||
Olimpiya Oyunları | Birləşmiş Krallıq |
Elnur Məmmədli Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Azərbaycan idmanında xidmətlərinə görə bir dəfə ordenlə, bir dəfə isə medalla təltif edilib.