Maliyyə və mühasibat fakültəsi — Azərbaycan Dövlət İqtisad Universitetinin fakültəsi.[1]
Maliyyə və mühasibat fakültəsi | |
---|---|
Azərbaycan Dövlət İqtisad Universiteti | |
Yaradılma tarixi | 2015 |
Dekan | Hafiz Hacıyev |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Ünvan | Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6 |
Digər məlumatlar | |
Sayt | unec.edu.az |
Maliyyə və mühasibat fakültəsi 2015-ci ilin sentyabrında 2 fakültənin – Maliyyə və Uçot-iqtisad fakültələrinin birləşməsi nəticəsində yaranmışdır.
1930-cu ildən Azərbaycan Ticarət-Kooperativ İnstitutunun strukturunda fəaliyyətə başlamış, müxtəlif illərdə Maliyyə-kredit, Maliyyə-iqtisad, Maliyyə-statistika adlandırılmışdır. 1932-ci ildə həmin fakültənin bazasında qısa vaxtda fəaliyyət göstərmiş Maliyyə İnstitutu yaradılmışdır. Lakin 1933-cü ilin yanvarında bir sıra kiçik institutlarla (Plan-iqtisad, Sosialist uçotu, Sovet quruculuğu və hüquq) yanaşı, Maliyyə İnstitutu da Azərbaycan Ticarət-Kooperativ İnstitutu ilə birləşdirilərək Sosial-İqtisad İnstitutu adı ilə fəaliyyət göstərmişdir. Maliyyə İnstitutu yenidən Maliyyə-kredit fakültəsi kimi Sosial-İqtisad İnstitutunun strukturuna daxil olmuşdur. Bəzi dövrlərdə (məsələn, 1941-ci ildə) Mühasibat uçotu ixtisası da Maliyyə fakültəsinin tərkibində olmuşdur.
1959-cu ildən ADU ilə birləşdirildikdən sonra Maliyyə və kredit ixtisasları İqtisadiyyat fakültəsində hazırlanmışdır.
1966-cı ildə AXTİ bərpa edilərkən sonra fakültə Maliyyə-statistika adı ilə yenidən fəaliyyətə başlamış, 1987-ci ildən Statistika ixtisasının Mühasibat uçotu fakültəsi ilə birləşdirilməsi ilə Maliyyə-kredit fakültəsi adlandırılmışdır.
1966-cı ildən başlayaraq fakültəyə prof. Ə.M.Qaravəliyev (1966-1970), dos. R.Ə.Mustafayev (1970-1974), dos. A.C.Məmmədov, dos. R.M.Rzayev (1977-1982), prof. Ə.H.Axundov (1982), dos. R.A.Bəşirov (1982-1987, 1995-2000, 2009-2010), dos. Ş.Bədəlov (1987-1995, 2000-2005), i.e.d., prof. D.A.Bağırov (2005-2009), dos. Z.İ.İbrahimov (2014-2015) rəhbərlik etmişlər.
2004-cü ilin noyabr ayından başlanan struktur dəyişikliyi çərçivəsində Maliyyə-kredit fakültəsi iki yerə parçalanaraq Maliyyə və Kredit-iqtisad adı ilə müstəqil fəaliyyət göstərən təhsil vahidlərinə çevrilmişdir.
Uçot üzrə kadrların hazırlanması ilə müxtəlif illərdə İqtisad Universitetinin sələfləri olan Sosialist Uçotu İnstitutunda, Azərbaycan Ticarət və Kooperasiya İnstitutunda, Sosial-İqtisad İnstitutunda, AXTİ-də, ADU-da, LMİİ-nin Bakı filialında və s. başqa ali məktəblərdə məşğul olunmuşdur. Hazırda uçot kadrları hazırlayan ən böyük ali məktəb İqtisad Universitetidir.
1959-cu ildə K.Marks adına AXTİ ləğv edildikdən sonra bu institutun bazasında S.M.Kirov adına ADU-nun tərkibində müstəqil İqtisad fakültəsi yaradıldı. Həmin dövrdəki tələbə kontingentinin demək olar ki, yarısı Mühasibat uçotu üzrə ixtisaslaşırdı. O illərdə İqtisad fakültəsinə professor Ə.R.Qasımov rəhbərlik edirdi.
1966-cı ildə obyektiv zərurət üzündən yenidən AXTİ təsis ediləndə, onun ən böyük fakültələrindən biri məhz Uçot-iqtisad fakültəsi oldu. Fakültəyə müxtəlif dövrlərdə dos. L.Əhmədov, dos. N.Adıgözəlov, dos. Ə.Cəfərov, dos. F.Quliyev, dos. T.Babayev, dos. N.M.İsmayılov, qısa vaxtlarda isə prof. Q.Rzayev, dos. C.Zərbəliyev rəhbərlik etmişlər.
Fakültədə əvvəlki illərdə uçot kadrları 6 istiqamətdə, sonra isə 3 istiqamətdə hazırlanırdı: sənayedə mühasibat uçotu; kənd təsərrüfatında mühasibat uçotu; ticarətdə mühasibat uçotu.
1987-ci ildə D.Bünyadzadə adına AXTİ ləğv edildikdən və onun bazasında LMİİ BF yaradıldıqdan sonra baza institutunun strukturuna uyğun gəlmək üçün statistika ixtisası Uçot-iqtisad fakültəsinin tərkibinə daxil olunmuşdur.
2009-cu ildən başlayaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin iqtisadyönümlü ixtisaslarının yeni təsnifatına uyğun olaraq Uçot-iqtisad fakültəsində 2 istiqamətdə («Mühasibat uçotu və audit», «Statistika») kadr hazırlığına başlanılmış və tədris proqramları bu istiqamətdə qurulmuşdur.
Hazırda fakültə Maliyyə və mühasibat adlanır.
Fakültə Maliyyə Nazirliyi, Milli Bank, Səhmdar Universal Bankı, Vergilər Nazirliyi ilə sıx əlaqədə fəaliyyət göstərir. Fakültədə xarici əlaqələrə xüsusi diqqət yetirilir, Türkiyə, Ukrayna, Rusiya Federasiyası və s. ölkələrlə geniş elmi və təhsil əlaqələri saxlanılır.
Fakültə məzunları icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş qaydada ölkənin iqtisadi və sosial siyasətini həyata keçirən dövlət strukturlarının müvafiq bölmələrində, təşkilati-hüquqi formasından asılı olmayaraq ictimai əhəmiyyətli qurum və şirkətlərdə, xarici investisiyalı müəssisələrdə, kiçik təsərrüfatçılıq subyektlərində, xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərdə və digər biznes strukturlarında, idarəetmə formasından asılı olmayaraq istehsal və qeyri-istehsal sferasında fəaliyyət göstərən kommersiya təşkilatlarında, ölkənin büdcə-vergi və maliyyə-kredit siyasətini həyata keçirən orqanlarda və onların yerlərdəki müvafiq bölmələrində, mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrinin uçot-hesabat bölmələrində və peşə ixtisasına uyğun strukturlarında fəaliyyət göstərirlər.
Fakültə üzrə təhkim edilən kafedralar:
Fakültə üzrə ixtisaslar: