Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsi

Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsi(TUDİFAK)-ADİU-nun fakültələrindən biri.

Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK)
Azərbaycan Dövlət İqtisad Universiteti
Yaradılma tarixi 1992
Dekan Yusif Əliyev
Yerləşməsi
Ölkə Azərbaycan
Şəhər Bakı
Ünvan Nəsimi Rayonu, Abbas Səhhət 45A
Digər məlumatlar
Sayt tudifak.az

Haqqında[redaktə | mənbəni redaktə et]

Türk Dünyası İqtisad fakültəsi Türk Dünyası Araşdırmaları Vəqfi başkanı Prof. Dr. Turan Yazganın təşəbbüsü ilə Azərbaycan Xalq Təsərrüfatı İdarəetmə İnstitutu və Türk Dünyası Araşdırmaları Vəqfi arasında imzalanan müqavilə ilə 1992-ci ildə yaranmışdır.

Azərbaycan Respublikası prezidentinin 22.05.2001-ci il tarixli sərəncamına əsasən Türk Dünyası Araşdırmaları Vəqfinin Azərbaycan Dövlət İqtisad Universiteti arasındakı müqaviləsi ilə 2001-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində eyni adla fəaliyyət göstərməkdədir. İhtisasları artırma məqsədi ilə 27.12.2018-ci ildə fakültənin adı “Türk Dünyası İqtisad Fakültəsi” olarak deyişdirilmisdir.

Fakultə dekanı Türkiyə Universitetlərinin müəllimləri arasından seçilir. Fakültənin akademik heyətini Türkiyədə təhsil almış azərbaycanlı və türkiyəli müəllimlər təşkil edir. Türk Dünyası İqtisad Fakültəsinin diplomunun Türkiyə (YÖK) “denkliyi” ekvivalentliyi vardır.

Türk Dünyası İqtisad fakültəsində tədris olunan fənlərin spesifikliyini nəzərə alaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 29.01.2013 tarixli, 09/3 No-li qərarı ilə Türk Dünyası İqtisad fakültəsində tədris olunan fənlərin bazasında “İqtisadiyyat və işlətmə” kafedrası yaradılıb. Kafedra 01.02.2013-cü il tarixindən fəaliyyət göstərir.

Kafedra[redaktə | mənbəni redaktə et]

Fakültə üzrə təhkim edilən kafedra:

  • İqtisadiyyat və işlətmə

İxtisaslar[redaktə | mənbəni redaktə et]

Fakültə üzrə ixtisaslar:

  • Biznesin İdarə Edilməsi
  • İqtisadiyyat
  • Maliyyə
  • Marketinq
  • Mühasibat
  • Dövlət və Bələdiyyə İdarəetməsi
  • Beynəlxalq Ticarət və Logistika

Həmçinin bax[redaktə | mənbəni redaktə et]