Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
ISBN (International Standard Book Number) — ingilis dilindən tərcümədə "Beynəlxalq standart kitab nömrəsi" deməkdir. ISBN kitabları beynəlxalq miqyasda kod laşdırmaq üçün hər kitaba çap olunduğu bölgə və nəşriyyat ı nəzərə alaraq verilən nömrədir. Hər kitab adı, müəllif in adı və yalnız ona aid olan ISBN kodu vasitəsilə birqiymətli xarakterizə olunur. Kitabın təkcə ISBN kodunu bilməklə onu tapmaq və almaq mümkündür.
Hal-hazırda 13 rəqəmli ISBN kodundan istifadə edilir. Hər ISBN kodu soldan sağa oxunuşda beş hissədən ibarətdir: kitab sənayesini xarakterizə edən rəqəm, müəyyən dil ətrafında cəmləşmiş ölkələr qrupunu xarakterizə edən rəqəm, konkret nəşriyyata aid edilən rəqəm, konkret kitaba aid edilən rəqəm (kitab identifikasiyası) və yoxlama rəqəmi.
Misal: ISBN 978-9952-20-046-1 (qruplar arasnda defis qoyulur və ya məsafə buraxılır).
Azərbaycan Respublikası nın ISBN agentliyi Xəzər Universiteti Nəşriyyatıdır. Bütün nəşriyyatlar nəşrə hazırladıqları kitablar üçün ISBN kodunu ölkənin ISBN agentliyindən almalıdırlar.