Azərbaycan Mülki Aviasiya Muzeyi

Azərbaycan Mülki Aviasiya MuzeyiMilli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyi[3][4] mülki aviasiyamızın dünəni və bu gününü əks etdirən eksponatların toplandığı, mühafizə, nümayiş və təbliğ edildiyi müqəddəs ocaqdır. Muzeyin yaradılması təşəbbüsü ilə prezident Heydər Əliyev çıxış etmişdir[5]. O, Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, onun maddiləşdirilməsi, təlim-tərbiyə ocağına çevrilməsinin labüdlüyünü qeyd edərək, milli aviasiyanın inkişafını hər şeydən öncə təhlükəsizliyin təminatına zəmanət kimi də qiymətləndirmişdir. Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, təbliğ olunması, onun maddiləşdirilməsi zəruriliyi Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması üşün zəmin yaratmışdır. 2005-ci ilin aprel ayında "Azərbaycan Hava Yolları" Dövlət Konserni tərəfindən Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması haqqında qərar qəbul edilmişdir[6][7].

Azərbaycan Mülki Aviasiya Muzeyi
Əsası qoyulub aprel 2005
Ölkə
Yerləşir Bakı ş., Mərdəkan pr., 30.
Kolleksiyası 10 min.-dən artıq eksponat
Direktor Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynqulu qızı Hüseynova[1][2]
Muzeyə yetişmək Koroğlu m/s-dan Mərdəkan istiqamətində hərəkət edən bütün marşrutlar
Telefon +994(12)497-25-53
İş rejimi 09:00-dan 17:00 kimi

Azərbaycan Mülki Aviasiya Muzeyi Azərbaycan Respublikasının "Muzeylər haqqında Qanununu"[8], Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair təlimatını" və digər dövlət sənədlərini əldə rəhbər tutaraq muzeylərin qarşısına qoyulan vəzifələrə əsasən öz iş prinsipini qurmuşdur.

Mülki Aviasiya Muzeyi Milli Aviasiya Akademiyasının IV tədris binasında yerləşir. Onun sahəsi 254,88 m2. Muzey — fond və ekspozisiya şöbələrindən ibarətdir.

Muzeyin fond şöbəsi muzey əşyalarının toplanması, mühafizə olunması, uçot-qeydiyyat işinin aparılması funksiyasını həyata keçirir. Muzeyin fondunda Azərbaycanın mülki aviasiyasının dünəninin və bu gününün öyrənilməsində zəruri olan əyani vəsaitlər, qəzet materialları, əlyazmaları, qərar və sərəncamlar kimi dövlət sənədlərinin surətləri, fotoşəkillər, filmlər, bədii ədəbiyyat, təsviri sənət nümunələri və s. toplanmışdır. Onların ümumilikdə sayı 10 min.-dən artıqdır. Bu materiallar Azərbaycan Milli Arxiv İdarəsi, Siyasi Sənədlər Arxivi, Dövlət Kino-foto sənədlər arxivi, Azərbaycan Tarix Muzeyi, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Azərbaycan Dövlət Teleradio Qapalı Səhmdar Cəmiyyəti, Mirzə Fətəli Axundov adına Milli Kitabxana, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycanın Belarusdakı səfirliyi və digər mənbələrdən əldə edilmişdir. Bununla yanaşı muzeyin fonduna Azərbaycan mülki aviasiyasının yaranmasında və inkişafında xidmətləri olan təyyarəçilərin ailə üzvləri tərəfindən bir çox sənədlər, əşyalar və s. hədiyyə verilmişdir[5]. Toplanmış bu sənədlərin hər birində günümüzədək daşınıb xatirəyə çevrilmiş tarix öz əvəzsizliyi ilə böyük əhəmiyyət kəsb edir.

Ekspozisiya şöbəsi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Mülki Aviasiya Muzeyinin ekspozisiyası 2008-ci il fevralın 29-dan öz qapılarını tamaşaçılarının üzünə açmışdır[9]. Ekspozisiya fəaliyyətə başladığı gündən etibarən muzeyə tamaşaçıların cəlb edilməsi və ekskursiyaların təşkili işinə başlamışdır. Öz tamaşaçı kütləsini genişləndirmək məqsədilə muzey təkcə Milli Aviasiya Akademiyasının tələbə və müəllim heyətinin muzeyə cəlb edilməsi ilə kifayətlənməyərək, Respublikanın orta, orta ixtisas və ali tədris müəssisəsələri ilə müqavilə bağlayaraq aviasiyamızın tarixinin təbliği üçün ekskursiyalar həyata keçirir[10][11][12][13][14][15][16][17].

Mülki Aviasiya Muzeyinin əsas təbliğat vasitələrindən biri də mühazirələrdir. Muzeyin əməkdaşları tərəfindən muzeydə və muzeydənkənar təhsil müəssisələrində də mühazirələr oxunur[18]. Azərbaycanda mülki aviasiyanın yaranmasının tarixi, müasir inkişafı, ulu öndər Heydər Əliyevin rəhbərliyi illərində aviasiyamızda həyata keçirilən layihələr, ilk qadın təyyarəçilərimiz, Qarabağ şahinlərimiz, tariximizin şanlı səhifələri, qanlı günləri və s. bu kimi mövzularda oxunan mühazirələr gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması, onların böyüdükləri torpağa layiqli övlad olması, tariximizə və tarixi köklərimizə bağlılıqlarının artırılması üçün keçirilən tədbirlər sırasında özünəməxsus yer tutur.

Azərbaycan Mülki Aviasiya Muzeyi aviasiyamızda öz xidmətləri ilə fərqlənmiş, fədakar əməyi və peşəkarlıqları ilə gənc nəslə örnək ola biləcək ayrı-ayrı təyyarəçilərin yubileyləri, şanlı tariximizin əlamətdar və faciəvi günləri ilə bağlı müxtəlif tədbirlər, sərgilər, həyata keçirmiş, videoçarxlar hazırlamışdır. Mülki Aviasiya Muzeyi tərəfindən mütəmadi olaraq təşkil edilən "Azərbaycan təyyarəçiləri Böyük Vətən müharibəsində", "Qarabağ müharibəsində iştirak etmiş təyyarəçilər", "Tarixi yol keçmiş Azərbaycan bayraqları", "Cümhuriyyət tariximiz siyasi simalarda", "31 Mart – Azərbaycanlıların Soyqırımı" və s. adlı sərgilər Milli Aviasiya Akademiyasının tələbələrinin tariximizlə bağlı maariflənməsi istiqamətində uğurlu addımlardan biri olmaqla yanaşı, həm də Akademiyanın professor, müəllim heyətinin də xüsusi marağına səbəb olmuşdur. Təşkil edilmiş ekskursiyalar, mühazirələr, sərgilər, tədbirlər, nəşr olunmuş çap məhsulları ("Mülki aviatorlarımız", "Milli Aviasiya Akademiyası-25 il", "Azərbaycan təyyarəçiləri Böyük Vətən müharibəsində", "Azərbaycan mülki aviasiyası 10 ildə (2003–2013)", "Azərbaycan Mülki Aviasiyası 80 il" və s. kataloqlar), kütləvi informasiya vasitələrində yayımlanmış məqalələr, ayrı-ayrı kinostudiyalar ("Yaddaş", "Salnamə", İspaniya-Volya Productions) ilə birgə hazırlanmış layihələr ("Sonuncu uçuş"[19], "Əbədiyyata uçuş", "Səma cəngavəri" "Torpaq, səma, od"[20], "Azərbaycan səmasında" və s. adlı sənədli filmlər, Milli Aviasiya Akademiyası və mülki aviasiya ilə bağlı sujetlər və s.) Azərbaycan mülki aviasiyası tarixinin, müasir inkişafının təbliğində muzey üçün əhəmiyyətli vasitədir[21][22][23][24][25][26][27][28][29][30][31][32].

Azərbaycan Mülki Aviasiya Muzeyi aviasiya tarixi sahəsində məhsuldar əməyinə və göstərilən xidmətlərinə görə və Dövlətlərarası Mülki Aviasiya Komitəsinin 25 illik yubileyi münasibətilə 2016-cı ildə Dövlətlərarası Mülki Aviasiya Komitəsinin Fəxri Diplomu ilə təltif olunmuşdur[33][34].

  1. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında". 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  2. "Mənəvi dəyərlərimizin keşiyində dayanan fədakar xanım". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  3. 50 il səmada [ölü keçid]
  4. "Bu gün Azərbaycan mülki aviasiyasının 80 yaşı tamam olur". 2019-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  5. 1 2 "Aviasiya Muzeyi Heydər Əliyevin tövsiyəsi ilə yaradılmışdır". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-28.
  6. "Gerçəkləşmiş arzular". 2014-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  7. "Aviasiya muzeyləri". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  8. "Muzeylər haqqında Azərbaycan Respublikasının Qanunu". 2018-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  9. "Mülki aviasiya tariximizi yaşadan muzey". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  10. "Şagirdlərimizin Milli Aviasiya Akademiyasına ekskursiyası təşkil olundu". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  11. "Azərbaycan Mülki Aviasiya Muzeyinə ekskursiya keçirilmişdir". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  12. "Milli Aviasiya Akademiyası və Mülki Aviasiya Muzeyinə ekskursiya". 2019-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  13. "Azərbaycan mülki aviasiya muzeyinə ekskursiya". 2019-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  14. "Milli Aviasiya Akademiyası və Mülki Aviasiya Muzeyinə ekskursiya". 2019-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  15. "Məktəbimizin 6-cı sinif şagirdləri Azərbaycan mülki aviasiya muzeyi ilə tanış oldular". 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  16. "Milli Aviasiya Akademiyasında Heydər Əliyev və Mülki Aviasiya Muzeylərinə ekskursiya təşkil olunmuşdur". 2019-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  17. ""Mülki Aviasiya muzeyi uşaqların gözü ilə" adlı tədbir keçirilib". 2020-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  18. "Aviasiya Muzeyinin əməkdaşı məktəblilərə Şuşanın işğalı ilə bağlı mühazirə oxuyub". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-28.
  19. "Sonuncu uçuş — Yavər Əliyev". 2021-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  20. "İctimai TV". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  21. "Milli Aviasiya Akademiyasında faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş tədbir keçirilib". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  22. "MAA-nın tələbələri Quba Soyqırımı Kompleksini ziyarət edib". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  23. Tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib [ölü keçid]
  24. "Dövlət Bayrağı Günü Azərbaycan Mülki Aviasiya Muzeyində qeyd olunub". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  25. "Mülki Aviasiya Muzeyində 20 Yanvar faciəsinin qurbanları anılıb". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  26. "20 Yanvar faciəsi" (PDF). 2020-01-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-02.
  27. Mülki Aviasiya Muzeyində 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib [ölü keçid]
  28. "Mülki Aviasiya Muzeyində 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  29. "Mülki Aviasiya Muzeyində Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib". 2016-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  30. "Azərbaycan Mülki Aviasiya Muzeyi "Biz Qələbənin varisləriyik" adlı tədbir təşkil edib". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  31. "Mülki Aviasiya Muzeyində 20 Yanvar faciəsinin qurbanları anılıb". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  32. "Mülki Aviasiya Muzeyi". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  33. "Azərbaycan Mülki Aviasiya Muzeyi DMAK-ın Fəxri Diplomu ilə təltif olunub". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  34. "Azərbaycan Mülki Aviasiya Muzeyi DMAK-ın Fəxri Diplomu ilə təltif olunub". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.