Azərbaycan Milliyyətçilər Dərnəyi

Azərbaycan Milliyyətçilər Dərnəyi (türk. Azerbaycan Milliyerçiler Derneği) — 8 fevral 1952-ci ildə Ankara şəhərində yaradılıb. Əsas məqsədləri mühacirlərə maddi və mənəvi yardım göstərmək, azərbaycanlı tələbələrə imkan daxilində maddi dəstək vermək, türk milliyyətçiliyi əleyhinə fəaliyyətdə olan cərəyanlara mətbu yolla cavab vermək olmuşdur.

Azərbaycan Milliyyətçilər Dərnəyi
AMD
türk. Azerbaycan Milliyetçiler Derneği
Dərnəyin rəsmi mətbu orqanı olan "Türk izi" jurnalının birinci sayının üz qabığı.
Dərnəyin rəsmi mətbu orqanı olan "Türk izi" jurnalının birinci sayının üz qabığı.
Yaranma tarixi 9 fevral 1952
Yarandığı yer Ankara

Yaradılması və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milliyyətçilər Dərnəyi 1952-ci il fevralın 8-də Ankarada yaradılıb.[1] Dərnəyin 11 qurucu üzvü arasında Həsən bəy Zərdabininin oğlu Səfvət ZərdabiNəsib bəy Yusifbəylinin oğlu Niyazi Kürdəmir də olub.[2][3] Dərnəyin Nizamnaməsinin 1-ci maddəsində yazılıb:[4]

" Dərnək siyasətlə məşğul olmur. Mərkəzi Ankaradadır, şöbəsi yoxdur. "

İkinci maddədə isə dərnəyin yaradılmasının məqsədləri açıqlanaraq bunlar yazılıb:

"
  • Böyük Türk aləminin bir parçasını təşkil edən Azərbaycanın tarixini, kültürünü, iqtisadiyyatını incələmək və yaymaq;
  • Vətən, hürriyyət və milli müqəddəsat əsaslarına dayanan Azəri Türk milliyyətçiliyini işləmək və Türk əxlaq, adət və gələnəklərinə uyğun yaşamağı təlqin etmək;
  • Azərbaycanlı mühacirlərə mənəvi yardım etmək və onların Türk camiəsinin əxlaq və fəzilət sahibi olan milliyyətçi fərdi olaraq yetişməsinə və yaşamasına yardım etmək;
  • Möhtac azərbaycanlılara və maddi durumları səbəbi ilə təhsillərinə davam edə bilməyən azərbaycanlı tələbələrə dərnəyin imkanları daxilində yardım etmək və yatılı məktəblərə yerləşdirilmələrinə çalışmaq;
  • Azərbaycan Türk milliyyətçiliyi əleyhindəki cərəyanlarla fikir və mətbuat yoluyla mücadilə etmək;
  • Fəaliyyəti və məqsədi daxilində qəzet, məcmuə, kitab, risalə çıxarmaq və toplantılar tərtib etmək.

"

Dərnəyə 18 yaşı tamam olmuş, mədəni hüquqlarından istifadə edə bilən hər bir türk qatıla bilərdi. Dərnəyin həqiqi və fəxri üzvü olmaq mümkün idi. Dərnəyə maddi və mənəvi yardım edənlər konqresin qərarı ilə fəxri üzvlüyə qəbul edilirdilər. Həmin üzvlərin adları dərnəyin şərəf dəftərinə qeyd olunurdu. Konqres həqiqi üzvlərdən təşkil olunurdu. Fəxri üzvlər seçilə bilsə də, rəy vermək hüquqları yox idi. Konqres normal şərtlərdə hər il yanvar ayında toplanmalı idi. Müzakirə ediləcək məsələlər müəyyən edildikdən sonra 15 gün öncədən iki qəzetdə elan verilirdi, eləcə də, müvafiq hökumət qurumuna məlumat göndərilirdi. İdarə heyəti lüzum bildikdə, həmçinin həqiqi üzvlərin beşdə birinin yazılı tələbi olduqda konqres fövqəladə toplantıya çağırıla bilərdi. Konqresi dərnəyin başqanı idarə edirdi. Dərnəyin idarə heyəti bir başqan, bir ümumi katib, bir mühasib və iki üzvdən ibarət olmaqla 5 nəfərdən təşkil edilirdi. Həmin bu 5 nəfər hər il yanvar ayında baş tutan konqresdə seçilirdi.

[3]Dərnəyin rəsmi mətbu orqanı "Türk izi jurnalı olub. Jurnal 1952-ci ilin may ayından etibarən 1955-ci ilin iyul ayına qədər çap olunan jurnalın baş redaktoru Çingiz Göygöl olub.[5]

Qurucu üzvləri

[redaktə | mənbəni redaktə et]

Dərnəyin nizamnaməsi

[redaktə | mənbəni redaktə et]
  1. Akif Aşırlı. "Həsən bəy Zərdabinin varisi". Şərq qəzeti. 15 iyul 2015. 19 iyul 2019 tarixində arxivləşdirilib.
  2. Xaləddin İbrahimli. Azərbaycan mühacirəti tarixi. Bakı: ADPU nəşriyyatı. 2012. səh. 103. 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
  3. 1 2 Dilqəm Əhməd. Mühacirlərin dönüşü. I. Bakı: TEAS Press Nəşriyyat Evi. səh. 87-93. ISBN 9789952513967.
  4. Murad Alızadə. "Azərbaycan Milliyyətçilər Dərnəyi Nizamnaməsi". Milliyyət Araşdırmalar Mərkəzi. 16 iyul 2019 tarixində arxivləşdirilib.
  5. Akif Aşırlı. ""Türk izi" dərgisi - Akif Aşırlı yazır". Şərq qəzeti. 6 dekabr 2017. 19 iyul 2019 tarixində arxivləşdirilib.