Barxudarlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 4 eksklav ərazisindən biridir.
Barxudarlı | |
---|---|
40°59′36″ şm. e. 45°13′31″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XVI əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 637 m |
Saat qurşağı | |
Kənd 4 gün mühasirədə qaldıqdan sonra 27 aprel 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
"Barxudar" şəxs adından və "-lı" şəkilçisindən əmələ gəlmiş toponim hesab olunur. Barxudar (Bərxudar) Bəy Ənis XVI əsrin ikinci yarısı, XVII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur top tökmə ustası olmuşdur. Səfəvilər dövlətində ona "Topçubaşı" ləqəbi və vəzifəsi verilmişdir. XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz, İrəvan, Gəncə və başqa şəhərlərin mühafizəsində istifadə edilən iri qaladağıdan toplar Barxudarın başçılığı ilə hazırlanmışdı. Oykonim həmin hadisələrin nəticəsi kimi də meydana çıxa bilər. Bəzi tədqiqatçıların fikrincə, kəndi "barxudarlı" nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır.[1]
Kənd dağətəyi ərazidədir.
İsmayilov Mahal Mahmud oğlu 1949 cu ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur.Sərbəst güləş üzrə SSRİ idman ustasdır.Uzun müddət Böyük-Kəsik dəmir yolu stansiyasının rəisi vəzifəsində işləyib və digər qurumlarda da rəis və direktor vəzifəsində işləyib, Barxudarlı kəndinin müdafiyəsində düşmənlərə qarşı aktiv mücadilə aparmışdır.
İsmayılov Məcid Mahmud oğlu (1925-1998).Böyük vətən müharibəsində iştirak etmiş çoxlu orden və medallarla təltif edilmişdir. Müharibədən sonra Qazax rayon icrayə komytəsində ümumi şöbə müdiri vəzifəsində işləmişdir.
Qazax rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |