Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi

Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар балыгчылыг тәсәррүфаты ишчиси) — Azərbaycan SSR-də balıqçılıq təsərrüfatı sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad.

Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi
Азәрбајҹан ССР әмәкдар балыгчылыг тәсәррүфаты ишчиси

Ölkə Azərbaycan Azərbaycan SSR
Tip fəxri ad
Kimə verilir balıqçılıq təsərrüfatı qabaqcıllarına
Status verilmir
Statistika
Təsis tarixi 26 avqust 1983

Tarixi və əsasnaməsi

[redaktə | mənbəni redaktə et]

"Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir.[1]

Fəxri ad dövlət və kolxoz balıqçılıq təsərrüfatlarının, əlaqədar elmi-tədqiqat idarələrinin və digər idarələrin bu sahədə azı 10 il işləmiş fəhlələrinə, kolxozçularına, mühəndis-texnik işçilərinə və digər mütəxəssislərə verilirdi.[1]

"Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi" fəxri adının təsis edilməsi ilə mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar balıqçısı" fəxri adı ləğv olunmuşdur.[1]

  1. 1 2 3 Азәрбајҹан ССР фәхри адларынын мүәјјән едилмәси вә Азәрбајҹан ССР дөвләт тәлтифләри һаггында Әсаснамәнин тәсдиг олунмасы барәсиндә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Азәрбајҹан Совет Сосиалист Республикасы Али Советинин Мә’луматы. № 16 (654). Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 31 август 1983-ҹү ил. С. 14–23.