Azərbaycan SSR əməkdar balıqçısı

Azərbaycan SSR əməkdar balıqçısı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар балыгчысы) — Azərbaycan SSR-də balıqçılıq təsərrüfatı sahəsində fərqlənmiş şəxslərə 1980–1983-cü illərdə verilən fəxri ad.

Azərbaycan SSR əməkdar balıqçısı
Азәрбајҹан ССР әмәкдар балыгчысы

Ölkə Azərbaycan Azərbaycan SSR
Tip fəxri ad
Kimə verilir balıqçılıq təsərrüfatı qabaqcıllarına
Təltif edir
Status verilmir
Statistika
Təsis tarixi 8 yanvar 1980
Ləğv tarixi 26 avqust 1983

Tarixi və əsasnaməsi

[redaktə | mənbəni redaktə et]

"Azərbaycan SSR əməkdar balıqçısı" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 8 yanvar 1980-ci il tarixli Fərmanı ilə təsis edilmişdir.[1]

Fəxri ad balıqçılıq sahəsində azı 15 il qüsursuz işləmiş, elmin, yeni texnikanın naliyyətlərini və qabaqcıl əmək metodlarını istehsalatda tətbiq etmək əsasında balıqçılığın inkişafında, təbii və süni sututarların balıq məhsullarının artırılmasında, istehsal tapşırıqlarının yerinə yetirilməsində, balıqçılıq işlərinin maya dəyərinin aşağı salınmasında böyük müvəffəqiyyətlər qazanmış olan və ictimai həyatda fəal iştirak edən balıqçılıq təsərrüfatlarının yüksək ixtisaslı işçilərinə, fəhlələrə, kolxozçulara, mühəndis-texnik işçilərinə, istehsal birliklərinin, müəssisələrin, sovxozların, kolxozların, kooperativ təşkilatlarının və digər ictimai təşkilatların, sənaye birliklərinin balığı mühafizə orqanlarının, elmi-tədqiqat idarələrinin, layihə təşkilatlarının, təcrübə stansiyalarının, balıq və kənd təsərrüfatı eksperimental bazalarının mütəxəssislərinə verilirdi.[1]

26 avqust 1983-cü ildə "Azərbaycan SSR əməkdar balıqçısı" fəxri adı ləğv edilmiş və mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi" fəxri adı təsis edilmişdir.[2]

  1. 1 2 «Азәрбајҹан ССР әмәкдар балыгчысы» фәхри адынын мүәјјән едилмәси һаггында Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Коммунист. № 7 (17343). 9 јанвар 1980-ҹи ил. С. 2.
  2. Азәрбајҹан ССР фәхри адларынын мүәјјән едилмәси вә Азәрбајҹан ССР дөвләт тәлтифләри һаггында Әсаснамәнин тәсдиг олунмасы барәсиндә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Азәрбајҹан Совет Сосиалист Республикасы Али Советинин Мә’луматы. № 16 (654). Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 31 август 1983-ҹү ил. С. 14.