Azərbaycan SSR əməkdar konstruktoru

Azərbaycan SSR əməkdar konstruktoru (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар конструктору) — Azərbaycan SSR-də texnika və texnologiyanın tətbiqi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad.

Azərbaycan SSR əməkdar konstruktoru
Азәрбајҹан ССР әмәкдар конструктору

Ölkə Azərbaycan Azərbaycan SSR
Tip fəxri ad
Status verilmir
Statistika
Təsis tarixi 16 sentyabr 1985

Tarixi və əsasnaməsi

[redaktə | mənbəni redaktə et]

"Azərbaycan SSR əməkdar konstruktoru" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 sentyabr 1985-ci il tarixli Fərmanı ilə təsis edilmişdir.[1]

Fəxri ad ilə texniki-iqtisadi göstəricilərinə görə yüksək dünya səviyyəsinə cavab verən, prinsipcə yeni və səmərəli texnika və texnologiyanın yaradılmasına və tətbiq edilməsində görkəmli xidmətlərə görə konstruktor təşkilatlarının, elmi-tədqiqat idarələrinin, istehsal və elm-istehsal birliklərinin və müəssisələrinin işçiləri təltif edilirdilər.[1]

"Azərbaycan SSR əməkdar konstruktoru" fəxri adı tabeliyində konstruktor təşkilatları, elmi-tədqiqat idarələri, istehsal və elm-istehsal birlikləri və müəssisələri olan Azərbaycan SSR Elmlər Akademiyasının, Azərbaycan SSR nazirliklərinin, dövlət komitələrinin və baş idarələrinin, habelə ittifaq tabeliyində olan təşkilatların, müəssisələrin və birliklərin təqdimatına əsasən verilirdi.[1]

  1. 1 2 3 «Азәрбајҹан ССР әмәкдар конструктору» вә «Азәрбајҹан ССР әмәкдар технологу» фәхри адларынын мүәјјән едилмәси һаггында Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Коммунист. № 215 (19786). 17 сентјабр 1985-ҹи ил. С. 2.