Azərbaycan SSR əməkdar texnoloqu (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар технологу) — Azərbaycan SSR-də texnika və texnologiyanın yaradılması sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad.
Azərbaycan SSR əməkdar texnoloqu | |
---|---|
Азәрбајҹан ССР әмәкдар технологу | |
|
|
Ölkə | Azərbaycan SSR |
Tip | fəxri ad |
Status | verilmir |
Statistika | |
Təsis tarixi | 16 sentyabr 1985 |
"Azərbaycan SSR əməkdar texnoloqu" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 sentyabr 1985-ci il tarixli Fərmanı ilə təsis edilmişdir.[1]
Fəxri ad ilə texniki-iqtisadi göstəricilərinə görə yüksək dünya səviyyəsinə cavab verən, prinsipcə yeni və səmərəli texnika və texnologiyanın yaradılmasına və tətbiq edilməsində görkəmli xidmətlərə görə texnologiya təşkilatlarının, elmi-tədqiqat idarələrinin, istehsal və elm-istehsal birliklərinin və müəssisələrinin işçiləri təltif edilirdilər.[1]
"Azərbaycan SSR əməkdar texnoloqu" fəxri adı tabeliyində konstruktor təşkilatları, elmi-tədqiqat idarələri, istehsal və elm-istehsal birlikləri və müəssisələri olan Azərbaycan SSR Elmlər Akademiyasının, Azərbaycan SSR nazirliklərinin, dövlət komitələrinin və baş idarələrinin, habelə ittifaq tabeliyində olan təşkilatların, müəssisələrin və birliklərin təqdimatına əsasən verilirdi.[1]