Azərbaycan Xalq Cümhuriyyəti generallarının siyahısı

Azərbaycan Xalq Cümhuriyyəti generalları1918-ci il may ayının 28-də elan edilən və cəmi 23 ay ömür sürən, lakin özündən sonra zəngin irs qoyan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) digər dövlət atributları ilə yanaşı Milli Ordu quruculuğu istiqamətində də çox böyük işlər görüb. O zaman Türkiyə Azərbaycan dövlətinə ordunun yaradılmasında mühüm dəstək verib[1].

1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikası qurulanda general Xosrov bəy Sultanov Cümhuriyyətin ilk hərbi naziri olub. O zaman hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər Xosrov bəy Sultanov icra etdi.[2][3]

Nəhayət 1918-ci il iyun ayının 26-da[1] Azərbaycan Xalq Cümhuriyyəti ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul etdi.[1]

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar.

Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi[4]. 1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş rus artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Məhəmməd bəy Sulkeviç (bəzi mənbələrdə Süleyman Sulkeviç.) isə baş qərargah rəisi təyin olundu.

O zaman Milli Ordunun qarşısında duran ilk vəzifə ölkəni daşnak-boşevik işğalından azad etmək idi. Milli Ordu Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu birgə buna nail ola bildi. 1918-ci il iyunun 4-də Türkiyə ilə imzalanan müqaviləyə əsasən, qardaş ölkə Azərbaycana ilk hərbi yardım göstərib. 1918-ci il iyulun 11-də Milli Orduya çağırış haqqında ilk əmr verilib və 24-29 yaşlı oğlanlar səfərbər edilib. 1918-ci ilin iyununda Gəncədə hərbi məktəb yaradılıb.[5]

1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasından sonra milli hökumət Xəzər hərbi donanmanı yenidən qurub.

1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə Milli Ordunun piyada və atlı polkları[6], artilleriya briqadası, diviziyası yaradılıb.[7]

Ordunu silah-sursatla təmin etmək məqsədi ilə hökumət 1920-ci ilin yanvarında hərbi-sənaye kompleksinin yaradılması haqqında qanun layihəsi hazırlayıb.[1]

AXC-nin ordu qruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən olub. O zaman daxili və xarici düşmənlər AXC-nin gənc ordusunun döyüş hazırlığının aşağı səviyyədə olduğunu zənn edərək ona qarşı təxribat əməliyyatları həyata keçirməyə səy göstərirdilər. 1920-ci ilin yanvarında AXC hökuməti Milli Ordunun yaradılması prosesi demək olar ki, başa çatdırıb. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Lakin təəssüf ki, 1920-ci il ilin aprelində AXC hökumətinin süquta uğraması və Azərbaycanın Qızıl Ordu tərəfindən işğal edilməsi qarşıda duran planları alt-üst etdi.[1]

Nömrə Fotoşəkli Adı Doğulduğu tarix Doğulduğu yer Vəfat tarixi Vəfat yeri Fəaliyyəti
1 Səməd bəy Mehmandarov 16 oktyabr 1855 Lənkəran
Rusiya İmperiyası
12 fevral 1931 Bakı
Azərbaycan SSR
SSRİ
1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilmişdir. 1901-ci ildə S.Mehmandarov polkovnik rütbəsi və üçüncü dərəcəli "Müqəddəs Vladimir" ordeni, habelə üstündə "Qəhrəmancasına fərqlənməyə görə" sözləri yazılmış qızıl qılınc almışdır. Port Artur müdafiəsinə görə Səməd bəy Mehmandarova verilən xatirə medalı. Azərbaycan Tarixi Muzeyində saxlanılır.[8][9]
2 Əliağa Şıxlinski 3 mart 1863 Aşağı Salahlı
Qazax qəzası
Yelizavetpol quberniyası
Rusiya İmperiyası
18 avqust 1943 Bakı
Azərbaycan SSR
SSRİ
Artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar Əliağa Şıxlinskiyə "Artilleriyanın Allahı" ləqəbini veriblər.[10][11] 1926-cı ildə Əliağa Şıxlinski "Rusca-Türkcə qısa hərbi lüğəti"ni Bakıda üç əlifbada rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilmişdir.[12] Bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olmuşdur.
3 Xosrov bəy Sultanov 10 may 1879 Kürdhacı
Qasımuşağı obası
Hacısamlı nahiyəsi
Zəngəzur qəzası
Yelizavetpol quberniyası
Rusiya İmperiyası
7 yanvar 1943 Köçqoy kəndi
Qars
Türkiyə
Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, XankəndiŞuşa geri alınmışdır.[13][14]
4 İbrahim ağa Vəkilov 7 may 1853 Qazax qəzası
Yelizavetpol quberniyası
Rusiya İmperiyası
2 iyun 1934 Bakı
Azərbaycan SSR
SSRİ
Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin məsləhətilə İbrahim Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur. 1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı Ģöbəsində çalışır. Xidmətinin ilk illərində Dağıstanda topoqrafik çəkilişlərlə məşğul olan İbrahim ağa Vəkilov 1883-cü ildə Rus-İran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər olan sərhədlərin dəqiqləşdirilməsində iştirak edir.[15]
5 Həbib bəy Səlimov 8 fevral 1881 İrəvan quberniyası 30 dekabr 1920 Bakı
Rusiya İmperiyası
Həbib bəy 1908–1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanın Culfa sərhədlərində xidmət edib, məxfi tapşırıqla Tehrana göndərilib. 1912-ci ildə kapitan rütbəsi alıb. Daha sonra Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirib. Həbib bəy Səlimov Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 26 fevral 1919-cu ildə, otuz nömrəli əmri ilə general-mayor rütbəsi ilə təltif olunub, 1920-ci ilin martında "Əsgəran müharibəsi" adı ilə məşhur olan cəbhənin qəhrəmanıdır.[16][17]
  1. 1 2 3 4 5 "Р. А. Векилов. История возникновения Азербайджанской Республики" (PDF). 2017-12-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  2. Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты. (Сборник документов). — Баку, 1998, с. 19—20
  3. Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты. (Сборник документов). — Баку, 1998, с. 43—55
  4. Р. Оруджев. Погранслужбе — 91 год Arxivləşdirilib 2012-11-15 at the Wayback Machine. 2010
  5. Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты. (Сборник документов). — Баку, 1998, с. 95—98
  6. Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты. (Сборник документов). — Баку, 1998, с. 325
  7. Азербайджанская Демократическая Республика (1918―1920). Армия. (Документы и материалы). Баку, 1998, с. 105—108
  8. Nuranə Nəcəfova, "Cümhuriyyət ordusunun memarı", Bütöv Azərbaycan qəzeti, №42 (174), 5–11 dekabr 2012-ci il, səh. 13.  (az.)
  9. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2005. s. 179
  10. "150 лет назад родился «бог артиллерии» русской армии и АДР". www.vesti.az. 2017-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
  11. "Юбилей, который ждут". www.echo.az. 2018-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
  12. "The God of Artillery in Baku". www.azernews.az. 2018-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
  13. "Qarabağın görkəmli şəxsiyyətləri: Xosrov bəy Sultanov (1879-1947)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
  14. "İlk hərbi nazirimizin məzarı tapılıb - FOTO". news.milli.az. karabakhmedia.az. 21 Fevral 2016. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2016.
  15. Protocols of Muslim Faction of Transcaucasian Seym and Azerbaijan National Council. 1918. Baku, Adiloglu, 2006 (di Azerbaijan dan Rusia)
  16. "Каспий" 6 марта 1916 г., №53
  17. Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты. (Сборник документов). — Баку, 1998, с. 196