Azad Volqa-Ural

Azad Volqa-Ural və ya Azad İdil-Ural (tatarca: Azat İdel-Ural, erzyanca: Olyachiv Rav-Uralon) — Mordoviya, Çuvaşıstan, Mari El, Udmurtiya, Başqırdıstan, Tatarıstan respublikaları tərəfindən müstəqillik qazanma və bu altı respublikanın ortaq sərhəd, iqtisadiyyat və kollektiv təhlükəsizlik sistemi ilə bütünləşmiş ittifaq yaratma hədəfi ilə Volqa bölgəsi xalqlarının sosial hərəkatıdır.

Azad Volqa-Ural
Loqonun şəkli
Quruluş tarixi 2018

Haqqında[redaktə | mənbəni redaktə et]

28 dekabr 2014-cü ildə həbs edilən və 2015-ci ilin sentyabr ayında Krımın ilhaqını tənqid etdiyi üçün 3 il həbs cəzasına məhkum edilən Tatar milli hərəkatı liderlərindən biri olan Rafis Kaşapov 26 dekabr 2017-ci ildə Rusiya həbsindən sərbəst buraxıldı. Fevral 2018-ci ilin əvvəllərində Ukraynaya getdi və qısa müddət sonra eyni düşüncələri daşıyan biri ilə tanış oldu - mordoviyalı erzyan millətindən olan və təqaüdə ayrılan hərbçi Sıres Bolyayen.[1]

21 martda Rafis Kaşapov Sıres Bolyayen və bənzər fikirlərə sahib kiçik qrup Kiyevdə mətbuat toplantısı təşkil etdilər və Azad Volqa-Ural Xalq Hərəkatının yaradıldığını elan etdilər. Fəaliyyətlərinin ilk 5 ayı boyunca təşkilat açıq formada separatçı mövqedən uzaq qalaraq, Volqa bölgəsi respublikalarının Rusiya içində əsl suverenliyi üçün mübarizə apardığını bildirirdi.[2]

Ancaq muxtar respublikalarda yerli dillərin tədrisini məhdudlaşdıran qanunun Dövlət Dumasında elan edilməsindən sonra hərəkat da məqsədlərini yenilədi.[3][4]

Azad Volqa-Ural 25 iyul 2018-ci ildə Erzyan-Mokshanya, Çuvaşıstan, Mari El, Tatarıstan, UdmurtiyaBaşqırdıstan müstəqil milli demokratik dövlətləri qurmaq üçün çalışdığını açıqladı. Eyni zamanda hərəkat şiddəti özündə ehtiva etməyən müqavimət üsullarına uyduğunu vurğuladı. Ondan sonra bir neçə gün içində Rusiya mediası hərəkatın qurucusu Rafis Kaşapova qarşı irq, millət, dil, din təməlində düşmənliyi qabardan materiallar yayımladığı üçün yeni cəza ittihamı açıldığını bildirdi.[5][6]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Free Idel-Ural Movement takes shape in Kyiv". 2018-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  2. "ГР "Вільний Ідель-Урал" буде добиватися суверенітету кількох російських республік". 2018-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  3. "Рәфис Кашапов: "Русия сәяси кырында тирес булу язмышына беркайчан да ризалашмаячакмын"". 2018-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  4. ""Азат Идел-Урал": Мәскәү Идел-Урал телләрен маргинальләштерергә омтыл". 2018-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
  5. "Представник «Ідель-Урал»: русифікаторський мовний закон в РФ — це агонія Імперії". 2018-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-21.
  6. "В Челнах завели очередное уголовное дело на Рафиса Кашапова". 2018-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.