Azad bəy Vəzirov

Vəzirov Azad bəy Mirzə Həmid bəy oğlu (22 avqust 1869, Şuşa1921, Qəzvin) — Çar RusiyasıAzərbaycanın hərbi lideri, polkovnik. Sovet dövlət xadimi, neft sənayesinin təşkilatçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Vəzirovun atası.

Azad bəy Vəzirov
Azad bəy Mirzə Həmid bəy oğlu Vəzirov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Qəzvin, İran
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
Azərbaycan Azərbaycan SSR
Həyat yoldaşı Zəhra xanım Kərim bəy qızı Mehmandarova
Uşaqları İsa bəy, Musa bəy, Süleyman Vəzirov , İsa bəy (ikinci), Xеyrənsə xanım, Qönçə xanım və Gülrux xanım
Atası Mirzə Həmid bəy Vəzirov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Xidmət illəri 1888-1893
1898-1921
Rütbəsi
Təltifləri 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni

Azad bəy Mirzə Həmid bəy oğlu 22 avqust 1869-cu ildə Şuşa şəhərində anadan olub. Şuşa real məktəbini bitirib. 43-cü Tver draqun alayının nəzdində Yelisavetqrad süvari yunker məktəbinə girib. 20 dekabr 1888-ci ildə hərbi xidmətə başlayıb. 1895-ci ildə Dağıstan piyada alayında qulluq edib. 27 oktyabr 1897-ci ildə kornet rütbəsi, 27 oktyabr 1901-ci ildə poruçik rütbəsi alıb. 1902-ci ildə Dağıstandan Bakı qubеrniyasına dəyişilib. 27 oktyabr 1905-ci ildə ştabs-rotmistr rütbəsinə, 27 oktyabr 1909-cu ildə rotmistr rütbəsinə layiq görülüb. Ober-zabit kimi Bakı qubernatorunun yardımçısı işləyib. Burada qulluq etdiyi dönəmdə polkovnik rütbəsi alıb. Azad bəy 1920-ci ildə XI Qırmızı Ordunun sıralarına daxil olub. Ordunun içində İrana, ingilislərlə vuruşmağa yollanıb. 1921-ci ildə Qəzvin şəhərində vəfat edib.

Azad bəy Kərim bəy Mehmandarovun qızı Zəhra xanımla ailə həyatı qurub. İsa bəy, Musa bəy, Süleyman Vəzirov, İsa bəy (ikinci) adlı oğulları, Xeyrənsə xanım, Qönçə xanım və Gülrux xanım adlı qızları vardı.