Azov hərbi donanması (rus. Азовская военная флотилия/Азовская военно-морская флотилия) — Çar Rusiyası, Rusiyada vətəndaş müharibəsi, sonradan isə SSRİ-nin Azov dənizində əməliyyatlar üçün nəzərdə tutulmuş donanmasına verilən ad.
Azov hərbi donanması | |
---|---|
rus. Азовская военная флотилия | |
Növü | birləşmə |
Yaranma tarixi |
1768–1774 1917–1918 1919–1920 1920–1921 1941–1944 |
Ölkə |
Rusiya imperiyası Cənubi Rusiya Sovet Rusiyası SSRİ |
Vəzifəsi | müdafiə |
Müharibələr |
Rusiya–Osmanlı müharibəsi Rusiyada vətəndaş müharibəsi İkinci Dünya müharibəsi |
Döyüşlər |
Ulaqay desant əməliyyatı Kerç-Feodosiya desant əməliyyatı Kerç-Eltigen desant əməliyyatı Krım hücum əməliyyatı |
Komandanlıq | |
Məşhur komandirləri |
Fedot Alekseeviç Klokaçyov Aleksey Senyavin İosif Gerşteyn Stepan Markelov Yevgeni Gernet Mixail Berens Sergey Qorşkov Georgi Xolostyakov |
Vikianbarda əlaqəli mediafayllar |
Rusiya-Osmanlı müharibəsi zamanı çar I Pyotr tərəfindən Azov donanması yaradılmışdır. Bu donanma rus nizami hərbi donanmasının əsasını qoymuşdur.[1]
Azov hərbi donanması 1920-ci ilin martında Rusiyada vətəndaş müharibəsi zamanı yenidən yaradılmışdır. Ağqvardiyaçı və müdaxiləçilərə qarşı vuruşmuşdur. Pyotr Vrangelin qoşunlarının məğlub edilməsində mühüm rolu olmuşdur. 1921-ci ildə ləğv edilmmişdir.[2]
Azov hərbi donanması 1941-ci ildə yenidən təşkil olunmuşdur. İkinci Dünya müharibəsi zamanı 1941-1942-ci illərdə baş tutmuş Kerç-Feodosiya desant əməliyyatında, 1943-cü ilin avqust-sentyabr aylarında baş tutmuş Cənub cəbhəsinin hücum əməliyyatında, 1943-cü ilin oktyabrında baş tutmuş Kerç-Eltigen desant əməliyyatında və s. əməliyyatlarda iştirak etmişdir. 1944-cü ildə Azov hərbi donanması əsasında Dunay hərbi donanması yaradılmışdır.