Krım hücum əməliyyatı

Krım hücum əməliyyatı və ya Krım döyüşü — 8 aprel–12 may 1944-cü il tarixlərində Qızıl Ordunun Nasist Almaniyasının nəzarətində olan Krıma yönəltdiyi bir sıra hücumlar. Qızıl Ordunun 4-cü Ukrayna Cəbhəsi, VermarxtRumıniya birləşmələrindən ibarət Cənubi Ukrayna Ordu Qrupunun 17-ci Almaniya Ordusu ilə vuruşmuşdu.[5] Döyüşlər Krımın almanlar tərəfindən evakuasiya edilməsilə başa çatmışdır. Almaniya və Rumıniya qüvvələri evakuasiya zamanı xeyli itki vermişdir.[6][7]

Krım hücum əməliyyatı
İkinci Dünya müharibəsinin Şərq cəbhəsi
Sivaş körfəzindən Krıma keçən sovet əsgərləri. 1943-cü ilin sonları.
Sivaş körfəzindən Krıma keçən sovet əsgərləri. 1943-cü ilin sonları.
Tarix 8 aprel – 12 may 1944
Yeri Krım MSSR, Rusiya SFSR, SSRİ
De-fakto (1943-cü ilin oktyabrına qədər): Ukrayna Reyxkomissarlığı
Nəticəsi Sovetlərin qələbəsi
Münaqişə tərəfləri

 SSRİ

 Almaniya
 Rumıniya

Komandan(lar)

SSRİ Fyodor Tolbuxin
SSRİ Filipp Oktyabrski

Ervin Yeneke
Horiya Maçellariu

Tərəflərin qüvvəsi

462,400 nəfər[1][2]
560 tank və hücum silahı
6,000 silah
1,200 hərbi hava qurğusu

230,000–255,970 nəfər[3][2]

1,815 silah

İtkilər

84,839
17,754 nəfər həlak olmuş və ya itkin düşmüşdür
67,065 nəfər yaralanmış və ya xəstələnmişdir
171 tank
521 silah
179 hərbi hava qurğusu[1][2]

Dənizdə:
1 sualtı qayıq
1 motorlu torpedo qayığı
12+ hərbi hava qurğusu

96,700[4]

31,700 nəfər həlak olmuş və ya itkin düşmüşdür
33,400 nəfər yaralanmışdır
Rumıniya
25,800 nəfər həlak olmuş və ya itkin düşmüşdür
5,800 nəfər yaralanmışdır

Dənizdə:

4 sualtı ovçu
5 yük gəmisi
1 tanker
3 yedək gəmi
3 lixter
3 motorlu qayıq
Rumıniya 3 yük gəmisi

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Almaniya 1942-ci ildə Krım kampaniyasından sonra Krım yarımadasına nəzarəti ələ keçirmişdilər.

Kerç–Eltigen əməliyyatı

[redaktə | mənbəni redaktə et]

1943-cü ilin sonu və 1944-cü ilin əvvəllərində Vermaxt şərqdəki bütün cəbhə xətti boyunca geri sıxılmışdı. 1943-cü ilin oktyabrında 17-ci Ordu Kerç boğazı üzərindən Kuban əməliyyat meydanından Krıma çəkilmişdi. Sonrakı aylarda Qızıl Ordu Ukraynanın cənubunda Vermaxtı geri itələmiş, nəticədə 1943-cü ilin noyabrında Or bərzəxi vasitəsilə 17-ci Ordunun quru əlaqəsini kəsmişdir.

Vermaxt Qara dəniz vasitəsilə Krımı təmin edə bildiyi üçün qurudan kəsildikdən sonra da onu uğurla saxlaya bilmişdi. Krımın saxlanması vacib sayılırdı, çünki onun itirilməsi Türkiyənin münasibətinə mənfi təsir göstərəcək və Rumıniya neft yataqlarını sovet hava hücumları riski altına salacaqdı. 1943-cü ilin sonunda Kerç boğazı üzərindənSivaş yaxınlığındakı şimal-şərq sektorunda sovet desantları, həmçinin Sovet Ordusu növbəti beş ay ərzində Krımı nəzərə almamağa qərar vermişdi.

Pol Lüdviq Evald fon Kleyst 30 mart 1944-cü ildə A Ordu Qrupunun komandanlığından uzaqlaşdırılmışdı.[8] Onun yerinə Ferdinand Şörner təyin edilmişdir.

8 apreldə 4-cü Ukrayna Cəbhəsinin 2-ci Qvardiya51-ci Ordunun elementləri tərəfindən Or bərzəxi boyunca hücum əməliyyatına start verilmişdir. 17-ci Ordu müdafiəyə keçmiş, lakin irəliləməni dayandıra bilməmişdi. 11 apreldə Əlahiddə Sahil Ordusu Kerçə çatmışdır. Bundan iki gün sonra onlar Sevastopoldan təxminən 37 mil (60 km) şimal-şərqdə yerləşən Simferopola irəliləmişdilər. 17-ci Ordu aprelin 3-cü həftəsinin sonunda Krımda qalan məhvər qüvvələri şəhər ətrafında cəmlənərək 16 apreldə Sevastopol istiqamətində geri çəkilməyə başlamışdır.[9]

Quru Qoşunlarının Ali Komandanlığı Qızıl Ordunun 1941–1942-ci illərdə ilk Krım kampaniyası zamanı etdiyi kimi Sevastopolu qala kimi saxlamaq niyyətində idi. Buna baxmayaraq, şəhərin istehkamları heç vaxt bərpa edilməmişdi və Sevastopol 1941-ci ildə olduğu kimi güclü müdafiə mövqeyi deyildi. Aprelin sonlarında şəhər kənarında döyüşlər başlamış və şəhər hücumun başlamasından bir ay keçməmiş 9 mayda süqut etmişdir. Məhvər qüvvələri dənizdən Konstansaya evakuasiyası sovet quru bombardmançılarının hücumuna məruz qalmışdır.[9]

Krım strateji hücum əməliyyatı zamanı Qara Dəniz Donanmasının hərəkətləri.

Berxtesqadendə Adolf Hitler ilə görüşdə 17-ci Ordu komandiri Ervin Yeneke təkid etmişdir ki, Sevastopol boşaldılmalı və onun kəsilmiş 235,000 nəfərlik ordusu geri çəkilməlidir. O, Krımın itirilməsindən sonra məsuliyyətə cəlb edilmiş, Rumıniyada həbs olunmuş və hərbi məhkəməyə verilmişdir. Yalnız Haynts Quderianın müdaxiləsi onun həyatını xilas etmişdir. O, 31 yanvar 1945-ci ildə ordudan tərxis olunmuşdur.

Almaniya və Rumıniya hərbi vahidləri 57,000 nəfər itki vermişdir ki, onların çoxu evakuasiya zamanı boğularaq həlak olmuşdur. Təkcə 10 mayda "Totila" və "Teja"nın batması 10,000-ə qədər insanın ölümünə səbəb olmuşdu. Ümumilikdə, Almaniyanın dənizdəki itkiləri beş yük gəmisi, bir tanker, üç yedək gəmi, üç lixter, üç motorlu qayıq və dörd sualtı ovçudan ibarət idi. Rumıniya üç yük gəmisini itirmişdi.[10][11] Məhvər qoşunlarının Krımdan qismən uğurla evakuasiya edilməsi nəticəsində Rumıniya Hərbi Dəniz Qüvvələrinin komandiri, kontr-admiral Horiya Maçellariu "Dəmir xaç" ordeninin Cəngavər dəmir xaçına layiq görülmüşdür.[12]

  1. 1 2 Glantz, House, 1995. səh. 298
  2. 1 2 3 Clodfelter, 2017. səh. 459
  3. Frieser və b. 2007. səh. 483
  4. Müller, 2005. səh. 290
  5. "A Look Back at the WWII Crimean Campaign". War on the Rocks (ingilis). 2014-12-08. 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.
  6. "The Peninsula: The Crimea at War". The National WWII Museum (ingilis). 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-22.
  7. Rousselon, Mauricio. "The Eastern Front: Germany's Futile Battle For Crimea". Warfare History Network (ingilis). 2015-07-30. 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.
  8. Frieser, Karl-Heinz. Die Rückzugsoperationen der Heeresgruppe Süd in der Ukraine // Frieser, Karl-Heinz; və b. (redaktorlar ). Die Ostfront 1943/44: Der Krieg im Osten und an den Nebenfronten. Das Deutsche Reich und der Zweite Weltkrieg (alman). 8. Munich: Deutsche Verlags-Anstalt. 2007. 339–450. ISBN 9783421062352.
  9. 1 2 Jordan, David; Weist, Andrew. Atlas of World War 2. London, England: Amber Books. 2004. 124–125. ISBN 0-7607-5557-4.
  10. Nicolae Koslinski, Raymond Stănescu, Marina română in al doilea război mondial: 1942–1944 (in Romanian)
  11. Jipa Rotaru, Ioan Damaschin, Glorie și dramă: Marina Regală Română, 1940–1945 (in Romanian)
  12. Spencer C. Tucker, World War II at Sea: An Encyclopedia, p. 633
  • Clodfelter, M. Warfare and Armed Conflicts: A Statistical Encyclopedia of Casualty and Other Figures, 1492–2015 (4th). Jefferson, North Carolina: McFarland. 2017. ISBN 978-0786474707.
  • Frieser, Karl-Heinz; Schmider, Klaus; Schönherr, Klaus; Schreiber, Gerhard; Ungváry, Kristián; Wegner, Bernd. Die Ostfront 1943/44 – Der Krieg im Osten und an den Nebenfronten [The Eastern Front 1943–1944: The War in the East and on the Neighbouring Fronts]. Das Deutsche Reich und der Zweite Weltkrieg [Germany and the Second World War] (alman). VIII. München: Deutsche Verlags-Anstalt. 2007. ISBN 978-3-421-06235-2.
  • Glantz, David M.; House, Jonathan. When Titans clashed: How the Red Army stopped Hitler. Lawrence, Kansas: University Press of Kansas. 1995. ISBN 0-7006-0899-0.
  • Ziemke, E.F. Stalingrad to Berlin
  • Müller, Rolf-Dieter. Der letzte deutsche Krieg, 1939-1945. Stuttgart: Klett-Cotta. 2005. ISBN 3-608-94133-9.