Böyük Kirs[1] — Azərbaycan Respublikasında dağ. Qarabağ silsiləsində ən hündür zirvələrdən biridir. Xocavənd və Şuşa rayonları sərhədindədir. Orta Yuranın vulkanogen-çökmə suxurlarından ibarətdir. Azərbaycan mənbələrinə görə dağın hündürlüyü 2725 metr[2]. Ermənistan mənbələrinə görə isə 2724.6 metrdir.[3] Zirvədən Allı çayı başlayır[2][4].
Böyük Kirs | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Qarabağ silsiləsi |
Mütləq hündürlüyü | 2725 m |
Yerləşməsi | |
39°38′51″ şm. e. 46°44′45″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | |
Rayonlar | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kiçik Kirs oronimindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. Kirs toponimik termin kimi "şiş təpə, sıldırım dağ" mənalarında işlənir[4].