Böyük Moğol İmperiyası hökmdarlarının siyahısı


Böyük Moğol İmperiyasının hökmdarlarının siyahısıBöyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol İmperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahıdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir.

Baburilərin mənşəyi haqqında

[redaktə | mənbəni redaktə et]

Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī)[1] tərəfindən qoyulmuşdur.[2][3][4][5] Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi.[6] Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın[7] qızı Qutluq Nigar xanım idi.[8]

Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş[9][10] monqol[11][12] boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir. Karçar barlaslar barlas boyunun qurucu əcdadlarıdır.[11] Monqolların gizli tarixi XIII əsrdə Ögedey xana yazılmış epik əsərdir. Bu əsərdə göstərilir ki, Karçar barlaslar eyni zamanda Çingiz xanın əcdadı olan əfsanəvi monqol lideri Bodonçirin nəslindən gəlir.[13]

Orta Asiyanın yerli əhaliləri ilə sıx əlaqələrə görə barlaslar arasında İslam dinindən başqa digər dinlərə (Buddizm, Şamanizm) də inananlar yaşayırdı.[12] Bu sıx əlaqələr mədəni cəhətdən bir-birlərindən təsirlənmələrinə və qarışmalarına səbəb olmuşdu. Bu kimi səbəblərdən monqol mənşəli boy olan barlaslar monqol dilindən başqa çağataycanı da (Türk dillərinin uyğur mənşəli bir növü; ərəbfars dillərindən də təsirlənmiş[14] və çağdaş özbəkcənin[15][16] yaranmasında rol oynamışdı) geniş şəkildə istifadə edirdilər. Baburun ölümündən sonra çağataycanın istifadə olunması getdikcə azalmış və əvəzinə fars dili, daha sonra da urdu dilindən istifadə olunmuşdur.[17]

Portret Hökmdar Tam adı Anadan olub Hakimiyyəti Ölüb Qeydlər
Babur
بابر
Qazi Zahirəddin Məhəmməd Babur
ظہیر الدین محمد
23 fevral 1483 30 aprel 1526 – 26 dekabr 1530 26 dekabr 1530
(47 yaşında)
  • Ömər Şeyx Mirzə Barlasın oğlu;[18]
  • Dövlətin əsasını qoymuşdur.[19]
Hümayun
ہمایوں
Nəsirəddin Məhəmməd Hümayun
نصیر الدین محمد ہمایوں
17 mart 1508 26 dekabr 1530 – 17 may 1540
22 fevral 1555 – 27 yanvar 1556
27 yanvar 1556
(47 yaşında)
  • Babur və Maham Bəyimin oğlu;
  • Sultan Hümayun 1540-cı ildə Suri xanları ilə mübarizədə məğlub olub hakimiyyətini itirdi. Daha sonra Səfəvi hökmdarı I Təhmasibin dəstəyi ilə 1555-ci ildə hakimiyyətini bərpa etdi.
Böyük Əkbər
اکبر اعظم
Cəlaləddin Məhəmməd Əkbər
جلال الدین محمد اکبر
14 oktyabr 1542 27 yanvar 1556 – 27 oktyabr 1605 27 oktyabr 1605
(63 yaşında)
  • Sultan Hümayun və Həmidə Banu Bəyimin oğlu;
  • Onun hakimiyyəti illərində Din-i Ilahi (1582–1605) rəsmi din olmuşdur.
Cahangir
جہانگیر
Nurəddin Məhəmməd Səlim
نور الدین محمد سلیم
20 sentyabr 1569 15 oktyabr 1605 – 8 noyabr 1627 8 noyabr 1627
(58 yaşında)
Cahan şah
شاہ جہان اعظم
Şahabəddin Məhəmməd Xürrəm
شہاب الدین محمد خرم
5 yanvar 1592 8 noyabr 1627 – 2 avqust 1658 22 yanvar 1666
(74 yaşında)
Aləmgir
عالمگیر
Əbül Müzəffər Məhiyəddin Məhəmməd Övrəngzeb
محی الدین محمداورنگزیب
4 noyabr 1618 31 iyul 1658 – 3 mart 1707 3 mart 1707
(88 yaşında)
Əzəm şah Əbül Faiz Qütbəddin Məhəmməd Əzəm 28 iyun 1653 14 mart 1707 – 8 iyun 1707 8 iyun 1707
(53 yaşında)
  • Aləmgir və Dilras Banu Bəyimin oğlu.
Bahadır şah Qütbəddin Məhəmməd Müəzzəm 14 oktyabr 1643 19 iyun 1707 – 27 fevral 1712
(4 il, 253 gün)
27 fevral 1712
(68 yaşında)
  • Əzəm şah və Rəhmət ün-Nisənin oğlu.
Cahandar şah Mazuddin Cahandar şah Bahadır 9 may 1661 27 fevral 1712 – 11 fevral 1713
(350 gün)
12 fevral 1713
(51 yaşında)
  • Bahadır şah və Nizam Bəyimin oğlu;
  • Baş vəziri olan Zülfüqar xanın ona güclü təsiri vardı.
Fərruxsiyar Əbül Müzəffər Muinuddin Fərruxsiyar 20 avqust 1685 11 yanvar 1713 – 28 fevral 1719
(6 il, 48 gün)
29 aprel 1719
(33 yaşında)
  • Əzim uş-Şan və Sahibə Nizvanın oğlu.
Rafi ud-Darajat Rafi ud-Darajat 30 noyabr 1699 28 fevral 1719 – 6 iyun 1719
(98 gün)
9 iyun 1719
(19 yaşında)
  • Rafi uş-Şan və Raziyət un-Nisə Bəyimin oğlu.
II Cahan şah
شاه جہان ۲
Rafi ud-Daulah iyun 1696 6 iyun 1719 – 19 sentyabr 1719
(105 gün)
19 sentyabr 1719
(23 yaşında)
  • Rafi uş-Şan və Nurunisə Bəyimin oğlu.
Məhəmməd şah Nəsirəddin Məhəmməd şah 17 avqust 1702 27 sentyabr 1719 – 26 aprel 1748
(28 il, 212 gün)
26 aprel 1748
(45 yaşında)
  • Cahan şah və Qüdsiyə Bəyimin oğlu.
Əhməd şah Əhməd şah Bahadır 23 dekabr 1725 26 aprel 1748 – 2 iyun 1754
(6 il, 37 gün)
1 yanvar 1775
(49 yaşında)
  • Məhəmməd şah və Qüdsiyə Bəyimin oğlu.
II Aləmgir şah Əzizəddin Aləmgir 6 iyun 1699 2 iyun 1754 – 29 noyabr 1759
(5 il, 180 gün)
29 noyabr 1759
(60 yaşında)
  • Cahandar şahın oğlu.
III Cahan şah Muhi ül-Millət 1711 10 dekabr 1759 – 10 oktyabr 1760 1772
  • Muhi us-Sünnət Mirzə və Ruşqimi Bəyimin oğlu
II Aləm şah Əli Gövhər 25 iyun 1728 24 dekabr 1759 – 19 noyabr 1806
(46 il, 330 gün)
19 noyabr 1806
(78 yaşında)
  • II Aləmgir şah və Nəvab Zinət Mahal Sahibənin oğlu
II Əkbər şah Əbu Nəsr Muinuddin Məhəmməd Əkbər şah 22 aprel 1760 19 noyabr 1806 – 28 sentyabr 1837 28 sentyabr 1837
(77 yaşında)
  • II Aləm şah və Qüdsiyə Bəyimin oğlu.
  • Hakimiyyəti illərində faktiki olaraq Böyük Britaniyadan asılı olub.
II Bahadır şah Əbu Zəfər Sirajuddin Məhəmməd Bahadır şah Zəfər 24 oktyabr 1775 28 sentyabr 1837 – 14 sentyabr 1857 (19 il, 351 gün) 7 noyabr 1862
  • II Əkbər şah və Lalbainin oğlu.
  • Hakimiyyəti illərində faktiki olaraq Böyük Britaniyadan asılı olub. Sipahilər üsyanına rəhbərlik etməyə məcbur edildi. Üsyan məğlub olduqdan sonra ailəsi ilə birlikdə Birmaya sürgün edildi.
  • Böyük Moğol İmperiyasının sonuncu hökmdarıdır.
  1. Emperors new names (title) Mirza Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine, the title of Mirza and not Khan or Padishah, which were the titles of the Mongol rulers.
  2. Richards, John F. (1995), The Mughal Empire, Arxivləşdirilib 2016-05-29 at the Wayback Machine Cambridge University Press, p. 6, ISBN 978-0-521-56603-2
  3. Schimmel, Annemarie (2004), The Empire of the Great Mughals: History, Art and Culture, Reaktion Books Arxivləşdirilib 2013-05-28 at the Wayback Machine, p. 22, ISBN 978-1-86189-185-3
  4. Balabanlilar, Lisa (15 January 2012), Imperial Identity in Mughal Empire: Memory and Dynastic Politics in Early Modern Central Asia Arxivləşdirilib 2016-06-10 at the Wayback Machine, I. B. Tauris, p. 2, ISBN 978-1-84885-726-1
  5. Bose, Sugata Bose; Ayesha Jalal (2004). Modern South Asia: History Arxivləşdirilib 2019-12-11 at the Wayback Machine, Culture, Political Economy. Routledge. p. 28. ISBN 978-0-203-71253-5.
  6. "Mirza Muhammad Haidar". Silk Road Seattle. University of Washington. "On the occasion of the birth of Babar Padishah (the son of Omar Shaikh)"
  7. The Babur Nama in Englis, Zahiru'd-din Mubammad Babur Padshah Ghdzt, ANNETTE SUSANNAH BEVERIDGE
  8. Lal, Ruby (2005). Domesticity and power in the early Mughal world. Cambridge: Cambridge University Press. p. 69. ISBN 9780521850223.
  9. Encyclopædia Britannica, "Timur" Arxivləşdirilib 2023-07-01 at the Wayback Machine, Online Academic Edition, 2007. Quotation: "Timur was a member of the Turkicized Barlas tribe, a Mongol subgroup that had settled in Transoxania (now roughly corresponding to Uzbekistan) after taking part in Genghis Khan's son Chagatai's campaigns in that region. Timur thus grew up in what was known as the Chagatai khanate." …
  10. G. R. Garthwaite, "The Persians", Malden, ISBN 978-1-55786-860-2, MA: Blackwell Pub., 2007. (p.148 Arxivləşdirilib 2011-05-19 at the Wayback Machine)
  11. 1 2 B. F. Manz, The rise and rule of Tamerlan, Cambridge University Press, Cambridge 1989, p. 28: "… We know definitely that the leading clan of the Barlas tribe traced its origin to Qarchar Barlas, head of one of Chaghadai's regiments … These then were the most prominent members of the Ulus Chaghadai: the old Mongolian tribes — Barlas, Arlat, Soldus and Jalayir …"
  12. 1 2 M. S. Asimov & C. E. Bosworth, History of Civilizations of Central Asia, UNESCO Regional Office, 1998, ISBN 92-3-103467-7, p. 320: "… One of his followers was […] Timur of the Barlas tribe. This Mongol tribe had settled […] in the valley of Kashka Darya, intermingling with the Turkish population, adopting their religion (Islam) and gradually giving up its own nomadic ways, like a number of other Mongol tribes in Transoxania …"
  13. The Secret History of the Mongols, transl. by I. De Rachewiltz, Chapter I Arxivləşdirilib 2007-02-23 at the Wayback Machine
  14. G. Doerfer, "Chaghatay" Arxivləşdirilib 2007-11-18 at the Wayback Machine, in Encyclopædia Iranica
  15. Allworth, Edward (1994). Central Asia: 130 Years of Russian Dominance, a Historical Overview. Duke University Press, 72. ISBN 0-8223-1521-1
  16. Khayrulla Ismatulla, "Modern literary Uzbek", Bloomington, Indiana University Press. 1995
  17. Robert L. Canfield, Robert L. (1991). Turko-Persia in historical perspective, Cambridge University Press, p.20. "The Mughals-Persianized Turks who invaded from Central Asia and claimed descent from both Timur and Genghis – strengthened the Persianate culture of Muslim India".
  18. "Mirza Muhammad Haidar". Silk Road Seattle. University of Washington. "On the occasion of the birth of Babar Padishah (the son of Omar Shaikh)"
  19. "Arxivlənmiş surət". 2012-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]