Böyük Xextsir Dövlət Təbiət Qoruğu

Böyük Xextsir Dövlət Təbiət QoruğuRusiya Federasiyasında dövlət təbiət qoruğu. Xabarovsk şəhərinin şəhərətrafi zonasında (15–20 km cənubda), Böyük Xextsir dağ massivində yerləşir. Sahəsi 454² km. 1963-cü ildə təşkil olunmuşdur.[1]

Böyük Xextsir Dövlət Təbiət Qoruğu
rus. Большехехцирский государственный природный заповедник
Xextsir dağları
Xextsir dağları
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 45 471 ha
Yaradılma tarixi 3 oktyabr 1963
Yerləşməsi
48°12′18″ şm. e. 134°51′32″ ş. u.
Ölkə  Rusiya
Region Xabarovsk diyarı
Yaxın şəhər Xabarovsk
zapovedamur.ru/zapovedni…
Böyük Xextsir Dövlət Təbiət Qoruğu xəritədə
Böyük Xextsir Dövlət Təbiət Qoruğu
Böyük Xextsir Dövlət Təbiət Qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Səthi dağlıq sahələrdən (hündürlük 500 metrə qədər) və düzənliklərdən ibarətdir; çılpaq qayalıqlarvar. Böyük Xextsir Dövlət Təbiət Qoruğu üçün müxtəlif bitki növləri səciyyəvidir. Dağlarda sidr, küknar və enliyarpaqlı meşələr, sıx kolluqlar və zəngin ot örtüyü üstündür. Dağətəyi zonalarda qarışıq və törəmə tipli meşələr yayılmışdır. Dərələrdə qaraşam ağacları, cil çəmənləri, ağcaqovaq-küknar talaları və paralel uzanmış ensiz yüksəkliklərdə palıdlıqlar var; qızılağac cəngəlliyinə və bataqlıqlara rast gəlinir. Əsas meşə massivlərindən tam, yaxud qismən təcrid olunmuş Mancuriya florası qalmaqdadır. 755 bitki növü arasında RF-nin Qırmızı Kitabına daxil edilmiş çoxlu endemikrelikt bitkilər var. Heyvanat aləmi Amur-Ussuriya və Sibir tayqa faunası komplekslərinin növləri ilə təmsil olunur; susamuru, ağdöş ayı və qonur ayı, maral, cüyür, uçan sincab, mışovul, burunduk səciyyəvidir. Amur pişiyi və susamuruna, vaşaq və Amur pələnginə rast gəlinir. Quşlardan qara bağır, meşə qaratoyuqu və sarısinə tənək quşu, az miqdarda cənnət milçəktutanı, mavi sağsağan, qırqovul və Amuryanı ərazilərə xas növlər var. Qoruqda RF-nin Qırmızı kitabına düşmüş çay qaran quşu yaşayır. Sürünənlərdən qorunan Uzaq Şərq tısbağası daha çox maraq doğurur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Особо охраняемые природные территории (ООПТ) Дальневосточного федерального округа". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-11. // Департамент Федеральной службы по надзору в сфере природопользования по Дальневосточному федеральному округу

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]