Böyük bəy Mahmudbəyov

Böyük bəy Mahmud bəy oğlu Mahmudbəyov (27 sentyabr 1902, Şamaxı1988, Bakı) — cərrah, tibb elmləri doktoru, professor.[1][2]

Böyük bəy Mahmudbəyov
Böyük bəy Mahmud bəy oğlu Mahmudbəyov
Doğum tarixi 27 sentyabr 1902(1902-09-27)
Doğum yeri
Vəfat tarixi 1988
Vəfat yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Atası Mahmud bəy Mahmudbəyov
Elm sahəsi tibb
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Tibb Universiteti
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu
Elmi rəhbəri akademik Mir Əsədulla Mirqasımov
Mükafatları Əməkdar elm xadimi "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Böyük bəy Mahmud bəy oğlu Mahmudbəyov 27 sentyabr 1902-ci ildə Şamaxıda anadan olmuşdur. O, II Dünya Müharibəsi iştirakçısı, tibb xidməti polkovnikidir.

Böyük bəy Mahmudbəyov Azərbaycan Dövlət Tibb İnstitutunun (Azərbaycan Tibb Universiteti) Tibb cərrahlıq kafedrasında işləmiş, 1947-1958-ci illərdə professor, 1958-1977-ci illərdə kafedra müdiri vəzifələrində çalışmışdır. 1977-ci ildən həyatının sonuna kimi həmin kafedranın məsləhətçisi idi.

Böyük bəy Mahmudbəyov 1957-ci ildə Azərbaycanın əməkdar elm xadimi adını almışdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Böyük bəy Mahmudbəyov 1936-cı ildə namizədlik, 1939-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, namizədlik dissertasiyasını akademik Mir Əsədulla Mirqasımovun rəhbərliyi altında müdafiə etmişdir.

Böyük bəy Mahmudbəyovun elmi fəaliyyəti əsasən irinli cərrahi xəstəliklərə, hərbi səhra cərrahlığına, qaraciyər və öd yolları patologiyasına aiddir.

O, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən Müharibəsi ordeni və medallarla təltif edilmişdir.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Опыт консервативного лечения острых гнойных гонитов. Баку. Азернешр. 1938.
  • Амебиаз печени. Баку. Азернешр. 1955.
  • Düz bağırsağın cərrahi xəstəlikləri. (İ.M.Məmmədov, H.A.Sultanovla birgə). Bakı, 1979
  1. Маһмудбәјов Бөјүкбәј Маһмудбәј оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 396.
  2. "MAHMUDBƏYOV Böyükbəy Mahmudbəy oğlu". Şamaxı Ensiklopediyası. 2024-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-16.