Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mahmud bəy Polad bəy oğlu Mahmudbəyov (1863, Şamaxı – 13 mart 1923[1], Bakı) — Azərbaycan pedaqoq-metodisti, müəllim və publisist. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu.[2]
Mahmud bəy Mahmudbəyov | |
---|---|
Mahmud bəy Polad bəy oğlu Mahmudbəyov | |
Doğum tarixi | 1863 |
Doğum yeri | |
Vəfat tarixi | 13 mart 1923[1] |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Uşağı | |
Təhsili | Zaqafqaziya Müəllimlər Seminariyası |
Fəaliyyəti | pedaqoq, müəllim, publisist |
Vikianbarda əlaqəli mediafayllar |
Mahmud bəy Polad bəy oğlu Mahmudbəyov 1863-cü ildə[3][4] (ASE-də 1849-cu ildə doğulduğu qeyd edilib)[2] Şamaxı şəhərində anadan olmuşdu. İbtidai təhsilini məhəllə məktəbində almışdı.1874-cü ildə Şamaxı şəhərindəki "Məclis məktəbi"ndə təhsilini davam etdirmişdi.[5] 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının hazırlıq sinfinə daxil olmuş, 1883-cü ildə bitirmişdi.
1883-cü ildə Qori seminariyasını bitirdikdən sonra bir neçə il Bərdə, Tərtər, Şamaxı şəhərlərində müəllimlik etmiş, 1890-cı ildə Bakıya köçmüşdür. Ömrünün sonunadək (1923) burada müəllimlik etmişdir.
Mahmud bəy Mahmudbəyov "Rəhbər" jurnalının redaktoru idi.[6][5] Bu jurnalın ilk nömrəsi 1906-cı il sentyabrın 24-də çıxmışdır. Jurnal ilk nömrəsini baş məqaləsində gələcək proqramı haqqında danışmışdır. Elmin və maarifin inkişafı məsələlərinə xüsusi əhəmiyyət verən jurnal yazırdı: "Yaşadığımız əsr bir əsrdir ki, müntəzəm məktəbi, milli ədəbiyyatı, müəyyən məsləkdə ictimai məişəti və hər cür iqtisadi mücadiləyə hazırlığı olmayan millət məişət mücadiləsində tez-gec məhv olasıdır. Bir vaxt var idi ki, qüvvəli bir millət müsəlləh olub qol gücü ilə o biri zəif milləti özünə qul… edirdi. Lakin indi bir millətin o birisinə… ağa olması qol gücü ilə deyil, məktəb, ədəbiyyat, elm, ictimaiyyət və bunlar kimi mənəvi qüvvələr ilədir".
Sonra jurnal Azərbaycanda belə mənəvi qüvvələrin inkişafına kömək göstərəcəyini bildirir: "Məqsədimiz məktəblərimizin müntəzəmliyinə, millətimizin məişət meydanında, elm və mərifət yolunda irəli getməsinə və milli ədəbiyyatdan xəbərdar olmasına əlimizdən gələn qədər rəhbərlik etməkdir" .
Jurnalın cəmi 5 nömrəsi (1906-cı ildə 4, 1907-ci ildə 1)[7] çıxmasına baxmayaraq, öz səhifələrində bir sıra ictimai-siyasi məsələlər qaldırmışdır. M. Mahmudbəyov "Bizə nə lazımdır" sərlövhəli publisist yazısında 1905-ci ilin inqilabi hadisələrindən sonra Azərbaycanda əmələ gələn dirçəliş və oyanmanın mənzərəsini verməyə çalışmış, qarşıda duran vəzifələri şərh etmişdir.
Mahmud bəy Mahmudbəyov birinci siniflər üçün ilk "Yeni əlifba" kitabının müəllifi idi.[8]
Mahmud bəy Mahmudbəyov Müəllimlər qurultayında iştirak etmişdi. Qurultayın Xalq Maarif Nazirliyinə təqdim etdiyi təkliflər əsasında bütövlükdə məktəb islahatı və xüsusi olaraq təhsilin məzmunca milliləşdirilməsini əsas tutan proqram və dərslik islahatı üzrə müvafiq proqram hazırlamaq məqsədilə hökumət komissiyası yaradılır. 1919-cu il noyabrın 7-də Xalq Maarif Nazirliyi yanında yaradılan hökumət islahat komissiyasına xalq maarif nazirinin müavini Həmid bəy Şahtaxtinski (sədr,) Nurməmməd bəy Şahsuvarov, Azad bəy Əmirov, Fətulla bəy Rzabəyev, Sultan Məcid Qənizadə, Abdulla bəy Əfəndizadə, Sara xanım Yaqubova, Sara xanım Xuramoviç, Əhməd bəy Pepinov, Xədicə xanım Ağayeva, Məhəmməd ağa Şahtaxtinski, Cabbar bəy Orucəliyev və Saleh bəy Vəkilov daxil idilər. Hökumət bu komissiya qarşısında növbəti dərs ilinin əvvəlinə kimi məktəb islahatı, o cümlədən təhsilin məzmunu ilə bağlı məsələlərin həlli üzrə hökumət proqramını hazırlamaq missiyası qoymuşdu. Komissiya öz işini başa çatdırana kimi milli hökumət devrildisə də, həmin məsələlər üzrə müəyyən işlər də görə bildi. Belə ki, bu komissiyanın təşəbbüsü və rəhbərliyi ilə 1919-cu ilin dekabrında Bakıda keçirilmiş müəllim seminariyaları, xalq maarifi inspektorları, ali, ibtidai və orta məktəb müdirlərinin 15 günlük müşavirəsində ümumtəhsil müəssisələrində istifadə olunan dərsliklər məsələsini geniş müzakirə edərək müəyyən təkliflər hazırlandı. Bununla yanaşı, müxtəlif fənlər üzrə, o cümlədən Mahmud bəy Mahmudbəyovun sədrliyi ilə ana dili və ədəbiyyat fənni (7 nəfər) üzrə, Pənah Qasımovun sədrliyi ilə tarix fənni (2 nəfər) üzrə, Səməd bəy Acalovun sədrliyi ilə riyaziyyat fənni (4 nəfər) üzrə, Cəmo bəy Gəbrayılbəylinin sədrliyi ilə təbiət fənni (8 nəfər) üzrə komissiyalar yaradıldı. Azərbaycan hökuməti dərslik islahatı sahəsində işləri stimullaşdırmaq məqsədilə ana dilində dərslik hazırlayan komissiyalara dövlət büdcəsindən ayrıca vəsait ayrılması barədə qərar da qəbul etmişdi.[9][10]