Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov (17 noyabr 1883, Bakı – 20 iyul 1958, Bakı) — Azərbaycan cərrahı, Azərbaycan SSR EA-nın ilk prezidenti (1945–1947), Azərbaycanın ilk tibb elmləri doktoru (1927), professor (1929), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1945), Azərbaycan SSR əməkdar elm xadimi (1936). İlk azərbaycanlı alim-cərrah. SSRİ Ali Sovetinin (1–3-cü çağırış) deputatı.[2]
Mirəsədulla Mirqasımov | |
---|---|
Digər adı | Mir Əsədulla Mirqasımov |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Uşaqları |
Mirəli Mirqasımov Oqtay Mirqasımov Rüfət Mir-Qasımov |
Atası | Mir Ələsgər Mirqasımov |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyası prezidenti (1945–1947) |
Təhsili |
Bakı gimnaziyası, Novorossiya İmperator Universiteti[1] |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mir Əsədulla Mirqasımov 17 noyabr 1883-cü ildə Bakı şəhərində ruhani seminariyasının müəllimi ailəsində anadan olmuşdur.[3] 1908-ci ildə gimnaziyanı qurtarmışdır. Gimnaziyanın yuxarı siniflərində oxuyarkən o, ictimai fəaliyyətə başlamış, qəzet və jurnallara məqalələr yazmışdır. Bu məqalələrdə müəllif, əsasən, Şərq ölkələrində müsəlman qadınlarının acınacaqlı vəziyyəti məsələsindən bəhs etmişdir.[4]
1913-cü ildə Odessa şəhərində yerləşən Novorossiya İmperator Universitetinin[5] (hazırda İ. İ. Meçnikov adına Odessa Milli Universiteti[6]) tibb fakültəsini bitirmişdir. 1916-cı ilədək Odessada həkim, 1916–1929-cu illərdə Bakıda hərbi lazaretdə, indiki Əzizbəyov adına 1 №-li doğum evində cərrah, Azərb. Dövlət Universitetinin tibb Fakültəsində dosent işləmişdir.[2]
1945–1947-ci illərdə Azərbaycan SSR EA-nın ilk Prezidenti olmuşdur.[7]
Mirqasımov Mir Əsədulla Mir Ələsgər oğlu 20 iyul 1958-ci ildə Bakı şəhərində vəfat etmişdir.
1916 ildə əsaslı cərrah peşəsinə yiyələnən gənc Bakıya qayıdır. 1920 ildən etibarən Mir Əsədulla – Mixaylovsk xəstəxanası cərrahiyyə şöbəsinin ordinatoru, sonralar Azərbaycan Dövlət Universitetinə öncə prozektor, bir müddət sonra operativ cərrahiyyə və topoqrafik anatomiya kafedrasında ordinator vəzifəsində işləməyə dəvət edilir.
Azərbaycanda müasir tibb təhsilinin və elminin banilərindəndir. 1927-ci ildə Mirəsədulla Mirqasımov tədqiqatlarını birləşdirərək "Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsinə dair materiallar" mövzusunda ilk dəfə doktorluq dissertasiyası müdafiə edir. M. Mirqasımov Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq dissertasiyası müdafiə edən ilk milli mütəxəssis kimi səhiyyə tariximizdə özünə layiqli və əbədi yer tutub.[8] İstedadlı alim müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyasının motivləri əsasında 1928-ci ildə monoqrafiya çap etdirib və indi də öz praktiki əhəmiyyətini, aktuallığını itirməmişdir.[9] Bununla da ilk azərbaycanlı alim-cərrah adına yiyələnir, tibbi cərrahiyyə elmi məktəbinin əsasını qoyur. 1929-cu ildə isə professor adını alır.[3] M. Mirqasımov Azərbaycan SSR EA-nın və Tibb Universitetinin təşkilatçılarından biri olmuş və 1945-ci ildə Azərb. SSR EA-nın həqiqi üzvü (akademik) seçilmişdir. 1919–1929-cu illərdə ADU-nun tibb fakültəsinin dosenti, 1931–1958-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun hospital cərrahlıq kafedrasının (indi- I cərrahi xəstəliklər kafedrası)[10] müdiri olmuşdur.
EA-nın təsisi cəmiyyətin əyani və nəzəri tələbatlarını, respublikada iqtisadiyyatın inkişafına, sürətlə inkişaf edən elm sahələrinin və elmi fikirləri istiqamətləndirən vahid elm ocağının fəaliyyət göstərməsi zərurətindən irəli gəlirdi. Namizədliyi irəli sürülən 41 nəfərdən 15-i respublika Elmlər Akademiyasının həqiqi üzvü (akademik) olaraq təsdiqləndi. İlk ümumi yiğincaqda Elmlər Akademiyasının prezidenti yekdilliklə M. Ə. Mirqasımov seçildi. Elə həmin yığıncaqda EA-nın Rəyasət Heyətinin tərkibi təsdiqləndi, akademiklər M. Ə. Mirqasımov, Ş. Ə. Əzizbəyov, H. N. Hüseynov, M. Ə. Qaşqay və Y. H. Məmmədəliyev Rəyasət heyətinin tərkibinə daxil oldular.[11]
Azərbaycanda tibbi cərrahiyə elmi məktəbinin təşkilatçısıdır. Alimin elmi fəaliyyəti əsasən sidik daşı xəstəliklərini etiologiyası, klinikası və müalicəsinin öyrənilməsinə, irinli peritonitləri, anesteziologiya, travmotologiya, urologiya və cərrahlığın aktual məsələlərinə həsr olunmuşdur. Yüksəkixtisaslı kadrlar hazırlanmasında xidməti var. Cərrahlıq sahəsində Azərbaycan dilində yazılmış ilk dərsliyin müəllifidir.[2]
Azərbaycanın əməkdar elm xadimidir. Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı ordeni, Qırmızı Ulduz ordeni və metallarla təltif edilmişdir. Ümumiyyətlə, 6 monoqrafiya və dərsliyi, 50 elmi əsəri nəşr olunmuşdur.[12]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |