Böyük xor sinaqoqu – Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşmiş keçmiş sinaqoq. Tikili hazırda Azərbaycan Dövlət Mahnı Teatrı kimi fəaliyyət göstərir.[1]
İudaizm | |
Böyük xor sinaqoqu | |
---|---|
| |
Din | |
Ləğvi | 1932 |
Ölkə | |
Memarlıq | |
İnşa tarixi | 1902 – 1910 |
Üslubu | yunan |
Vəziyyəti | Azərbaycan Dövlət Mahnı Teatrı |
|
1902–1910-cu illərdə İosif Qoslavskinin layihəsi əsasında yunan üslubunda tikilmiş Böyük xor sinaqoqu Bakıda litvalı zəngin yəhudilərin pulu ilə tikilmiş ilk aşkenazi sinaqoqu olmuşdur.[1][2][3] Bakının yəhudi icmasının maliyyə dəstəyi və Azərbaycanlı xeyriyyəçilərin maddi ianələri hesabına tikilmişdir. Onlar arasında neft maqnatı Zeynalabdin Tağıyev də var idi.[1] Sinaqoqun tikintisi 100 min rubla başa gəlmişdir.[4]
Sinaqoq 1932-ci ilə qədər fəaliyyət göstərmişdir. Burada müxtəlif dini tədbirlər və ayinlər keçirilir, nikah mərasimləri baş tuturdu. 1930-cu illərdə SSRİ-də ateizm ideologiyası əsas tutularaq sinaqoqlar ləğv olunmağa başlanmışdır. 1934-cü ildə binada Bakı Yəhudi İşçi Teatrı, 1936-cı ildə isə Azərbaycan Dövlət Yəhudi Teatrına çevrilmişdir.[2]
1980-ci illərdə Bakı yəhudi icmasının üzvləri sinaqoqun qaytarılmasına yardım etməsi xahişi ilə Moskvaya, baş ravvinin yanına getmişdirlər. Amma o, təklifi rədd etmişdir. 2005-ci ildə yəhudi icması növbəti dəfə sinaqoqun qaytarılması xahişi ilə hakimiyyətə müraciət etməyə çalışmışdır, amma hökumət bundan imtina etmişdir.[1] 2009-cu ildə Dağ yəhudilərinin sinaqoqunun ravvini Rubin İzmailov tikilinin yenidən sinaqoqa çevrilməsini istədiyini bildirmişdir.[5] Azərbaycanda yaşayan və başqa ölkələrə köçmüş Bakı yəhudiləri vaxtaşırı tikilinin yəhudilərə qaytarılması barədə yazılar dərc etməyə davam edirlər.[1]