Azərbaycandakı sinaqoqların siyahısı — Azərbaycan Respublikasının ərazisində yerləşən sinaqoqlar.
Azərbaycanda yəhudilər əsasən Bakı, Sumqayıt, Quba və Oğuz şəhərində məskunlaşıblar.[1] Yəhudilər Azərbaycanda 3 icma ilə — Dağ yəhudiləri, Gürcüstan yəhudiləri və Aşkenazi yəhudiləri icmaları ilə təmsil olunurlar.[1] Aşkenazi yəhudilərinin Bakı dini icmasının keçmiş rəhbəri Qennadi Zelmanoviçin sözlərinə görə, hazırda Azərbaycanda 10 sinaqoq fəaliyyət göstərir.[2] Sinaqoqların ikisi Bakıda, altısı Qubada, ikisi isə Oğuzda yerləşir.[2]
Adı | Tikilib | Yerləşdiyi yer | Qısa təsvir | Şəkil |
---|---|---|---|---|
Məbəd bakılı memar Aleksandr Qarberin layihəsi əsasında Qüds memarlıq tərzində inşa edilmişdir. Sözügedən ibadət yeri son 60-80 ildə Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır.
Avropada ən böyük sinaqoqlardan biri hesab edilən bu tikili köhnə məbədin yerində ucaldılmışdır. Əvvəlki sinaqoq 1945-2002-ci illərdə fəaliyyət göstərmişdir. İkinci dünya müharibəsi qurtardıqdan sonra Sovet hakimiyyəti dini ehtiyacın ödənməsi üçün Aşkenazi və Gürcüstan yəhudilərinə qədimdə hərbi anbar olan birmərtəbəli bina ayırmışdır.[3] |
||||
Sinaqoqun binası 1945-ci ildən fəaliyyət göstərməkdədir. Sovet hakimiyyəti dövründə dağ yəhudilərinə şəhərin mərkəzində dini tələbatın ödənilməsi məqsədilə qədim bina ayrılmışdır. Binanın şəraiti çox bərbad idi və buraya ibadətə gələnlər şəraitsizlikdən əziyyət çəkirdilər. Bu cür hal Azərbaycanın müstəqillik qazanmasına kimi davam etmişdir. Müstəqillik dövründə məbəddə təmir-bərpa işlərinə başlanılmış, sinaqoqun ikinci mərtəbəsi tikilmiş, buraya ibadətə gələnlər üçün münasib şərait yaradılmışdır.
5 aprel 2011-ci ildə dağ yəhudiləri üçün inşa edilmiş yeni ibadət ocağının açılış mərasimi keçirilmişdir. Sinaqoq memarlıq xüsusiyyətlərinə və ölçülərinə görə təkcə Azərbaycanda deyil, regionda olan digər yəhudi məbədlərindən də fərqlənir.[4] |
||||
Altı günbəz qəsəbədəki Qilqat məhəlləsi sakinlərinin Qələdüz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə 6 gün ərzində bura köçüb gəlmələrinin rəmzidir. Məbədin 14 əsas pəncərəsi vardır.
Böyük ibadət zalı olan sinaqoq şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. İçərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. O, hündürlüyünə görə Avropada təkrarı olmayan və Qüdsə baxan qibləgahdır. Hündürlüyü 7 metrdir. Müqəddəs kitab həmin divarda yerləşən dolabda saxlanılır.[5] |
||||
Bu ibadət yeri Cənubi Azərbaycanın Gilan vilayətindən gəlmiş mühacirlər tərəfindən inşa edilmişdir. Məbədin memarı Gilel ben Xaim olmuşdur. Onun adı sinaqoqun kərpic fasadında həkk edilmişdir. Özül daşının üzərindəki yazıdan məlum olur ki, məbəd 1896-cı ildə ucaldılmışdır. Lakin giriş qapısının üzərində başqa lövhə də var. Burada isə fərqli tarix - yəni 1857-ci il göstərilmişdir. Ola bilər ki, bu lövhə gilanlı yəhudi mühacirlərin daha əski məbədindən gətirilmiş və sinaqoqun qapısının üstünə vurulmuşdur.[6] | ||||
Sinaqoq çayın sahilində, təpənin üzərində yerləşir. Məbədin hündürlüyü 14 metrdir. Sinaqoq hər tərəfdən dörd kiçik bürclə və iki çadır şəkilli qüllə ilə əhatə olunmuşdur. Qüllələrin günbəzi və onların iti milləri Qırmızı Qəsəbənin əsas simvolları sayılır.
Taxta çərçivələrlə və gözəl ornamentlə bəzədilmiş məbəd mükəmməl görünür. “Qusar” sinaqoqunun da böyük dua otağı vardır. Burada Tövratın və digər dini kitabların saxlanılması üçün iri dolab yerləşir. Dolab “Aronhokodeş”, yəni “Müqəddəs Mürcü” adlanır. Mürcü doqquz gözdən ibarətdir. Dolabın hər bir gözü ikilaylı qapı ilə örtülmüşdür. |
— | |||
Sinaqoqun fasadı müxtəlif ölçüdə və fərqli formada olan pəncərələrlə bəzədilmişdir. Keçmişdə bu pəncərələrə rəngli şüşələr vurularmış.
Sinaqoqun böyük dua zalı var. Zalı böyük, taxtadan hazırlanmış günbəz örtür. Günbəzin görünüşü Polşadakı taxta sinaqoqların dam örtüklərini xatırladır. Keçmişdə sözügedən sinaqoqun günbəzinin üstündə səkkizguşəli işıq fənərı var imiş. |
— | |||
Sinaqoq Sovet dövründə tütün və mebel anbarı kimi istifadə olunmuşdur. Sinaqoq 1992-ci ildə yerli yəhudilər tərəfindən təmir olunmağa başlamış və 1994-cü ildə başa çatmışdır. Bir əsr yarımdan çox zaman keçməsinə baxmayaraq, sinaqoq inşa edilərkən içində istifadə olunmuş dirəklər hələ də sağlam olaraq qalır.[7] | ||||
Sinaqoq ravvin Baruxun köməkliyi və başçılığı ilə tikilmişdir. Sovet dövründə digər ibadət ocaqları kimi bu sinaqoq da bağlanmış və daha sonra anbar kimi istifadə olunmuşdur.
2004-cü ilin oktyabr ayında sinaqoq Oğuzda yaşayan yerli yəhudilər tərəfindən təmir olunmağa başlanmış və 2006-cı ildə təmir başa çatmışdır. Sinaqoq hal-hazırda ibadətgah kimi istifadə olunur. Həftənin cümə və şənbə günləri yəhudilər burada sərbəst ibadət edirlər.[8] |