Böyükkişi Mirzəzadə

Təmkin (əsl adı Böyükkişi Abbas oğlu Mirzəzadə; d. 25 avqust 1925 - ö. 18 may 2014) — Azərbaycan şairi[1].

Təmkin
Böyükkişi Abbas oğlu Mirzəzadə
Təxəllüsü Təmkin
Doğum tarixi
Doğum yeri Qərbi Azərbaycan, Göyçə mahalı, Basarkeçər, Zod
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Mingəçevir
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Firəngiz
Uşaqları Nofəl, Mahudə, Aydın, Rübail, Üzeyir, Kamilə.
Təhsili
  • Zod kənd orta məktəbi[d]
Fəaliyyəti Şair, dramaturq
Əsərlərinin dili azərbaycan,
Janrlar Şeir, poema, pyes

Təmkin (Böyükkişi Abbas oğlu Mirzəzadə) 25 avqust 1925-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur.

1941-ci ildə Zod kənd orta məktəbini əla qiymətlərlə bitirərək həmin məktəbdə müəllim işləmişdir. 1942-ci ildə ailələri əsl-nəcabətlərinə görə siyasi təqiblərdən yaxa qurtarmaq üçün Gəncə ətrafına, Zazalı kəndinə köçür, sonra isə Seyidlər kəndində məskunlaşırlar.

1945-ci ildə atası vəfat etdiyindən ailə yükü üzərinə düşür. 1948-ci ildə Mingəçevir SES tikintisinə gəlir, təqaüdə qədər şəhərin bir neçə müəssisəsində fəhlə, mütəxəssis və mühəndis kimi çalışır.

Bədii yaradıcılıqla məşğul olmuş, yaradıcılığı yaşadığı bölgədə yaxşı tanınmış, daim el məclislərində şeirləri söylənilmişdir[2].

18 may 2014-cü ildə vəfat etmişdir[3].

Firəngiz xanımla ailə həyatı qurmuş, altı övladı olmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadənin atasıdır[4].

Şəhid polkovnik Müharib Mirzəyevin böyük qardaşı idi.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmuş, müxtəlif janrlarda şeirlər yazmışdır. Sovet dövründə ədəbiyyatda hökmran olan sosialist realizmi prinsiplərini qəbul etmədiyinə görə böyük ədəbiyyata gəlməmişdir. Əsas mövzusu sadə insan və onun cəmiyyətlə münasibətləri olmuşdur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bir neçə kitabı nəşr edilmiş, bədii nəşrlərdə yaradıcılığı işıqlandırılımışdır.

Filologiya üzrə elmlər doktoru Yaşar Qasımbəyli şair Təmkinin yaradıcılığını poeziyada milli bütövlük və istiqlal mübarizəsinin inikası adlandırmışdır[5][6][7].

1970-ci ildə latın qrafikası əsasında Azərbaycan dilinin əlifbasını tərtib etmiş və əlyazmalarını bu əlifba ilə ilə yazmışdır.

El şairi 7 aprel 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Şeirlərinə bir neçə mahnı bəstələnmişdir.

  • Böyükkişi Mirzəzadə (Təmkin). Ustadnamə, nəsihətnamə və lirik şeirlər. "Ümman" nəşriyyatı, Mingəçevir, 1998-ci il.
  • Böyükkişi Mirzəzadə (Təmkin). Rübailər. "Ümman" nəşriyyatı, Mingəçevir, 1998-ci il.
  • Böyükkişi Mirzəzadə (Təmkin). Poemalar və hekayələr. "Mingəçevir" nəşriyyatı, Mingəçevir, 1998-ci il.
  • Böyükkişi Mirzəzadə (Təmkin). Səhnə əsərləri. "Ümman" nəşriyyatı, Mingəçevir, 1998-ci il.
  • Təmkin (Böyükkişi Mirzəzadə). Seçilmiş əsərləri. Şeirlər, I cild. Bakı, "Azərbaycan" nəşriyyatı, 320 səh., 2011-ci il.

Şeirlərinə yazılmış mahnılar

[redaktə | mənbəni redaktə et]

Şeirlərindən seçmələr

[redaktə | mənbəni redaktə et]

Yaradıcılığından nümunələr

[redaktə | mənbəni redaktə et]

Gəldim məzarını ziyarət edim,
Ziyadxan oğlu Cavadxan babam,
Qeyrət rəmzisən Azərbaycanda,
Vüqarlı dağlardan uca, xan babam.

"Cavadxan babam" şeirindən

Soruşdu birisi, sevdiyin nədir,
Dedim:-Ana, Vətən, Eli sevirəm,
Duyub danışdığım, dərk elədiyim,
Anam öyrətdiyi dili sevirəm.

"Sevirəm" şeirindən

Damcı damar, daşı dələr deyiblər,
Su arx ilə birdə gələr deyiblər.
Zər qədrini zərgər bilər deyiblər,
Sərrafı olmayan ləl qədri bilməz.

"Həyati təsvir " şerindən

Həyat nərdivandı, qalxanlar enir,
İnsan oğlu qonaq kimi əylənir.
Koroğlunun igidliyi söylənir,
Qalıbdı şöhrət-şanı dünyada.

"Dünyanı dərk" şeirindən

Dünya işlərinə nə qalmısan mat,
Həmi matəm keçir, həmi toy-büsat,
De, kimə gərəkdir mənasız həyat,
Könül şadlanarmı, qəm olan yerdə?

"Olan yerdə" şeirindən

(Seçmələr şairin "Seçilmiş əsərləri. Şeirlər, I cild." kitabından götürülmüşdür)

  1. "Arxivlənmiş surət". 2018-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-07.
  2. "Arxivlənmiş surət". 2016-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-07.
  3. "Aydın Mirzəzadənin atası vəfat edib" (az.). sia.az. 19.05.2014 12:15. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-19.
  4. "Siyasətçilər kimi oxuyur?". 2012-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-27.
  5. "Arxivlənmiş surət". 2018-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-07.
  6. "Arxivlənmiş surət". 2016-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-07.
  7. "Arxivlənmiş surət". 2016-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-07.