Aydın Mirzəzadə

Aydın Böyükkişi oğlu Mirzəzadə (2 iyul 1957, Mingəçevir) — Azərbaycan Respublikası II[1], III[2], IV, V, VI və VII çağırış Milli Məclisinin deputatı[3][4], Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və Regional məsələlər komitəsinin üzvü. Siyasi elmlər üzrə fəlsəfə doktoru (2003-cü il), dosent, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, (2015–2021)[5], Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai Etimad Şurasının sədri.[6]

Aydın Mirzəzadə
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Vəzifədədir
noyabr 2000-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 2 iyul 1957(1957-07-02) (67 yaş)
Doğum yeri
Partiya
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu
Fəaliyyəti siyasətçi, deputat
Atası Təmkin
Dini islam
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • siyasi elmlər üzrə fəlsəfə doktoru[d]

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2017 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı — 2009"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı"Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalı — 2009"Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" yubiley medalı — 2014
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Aydın Mirzəzadə 2 iyul 1957-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1974-cü ildə Mingəçevir şəhər 10 saylı orta məktəbi bitirmişdir. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə qəbul olunmuş və 1980-ci ildə buranı inşaatçı-mühəndis ixtisası ilə bitirmişdir. Təhsil müddətində İnstitut Tələbə Şurasının üzvü kimi ictimai fəaliyyətlə məşğul olmuş, tələbə-inşaat dəstələri hərəkatında fəal iştirak etmişdir.

1980-ci ildə təyinatla RSFSR-in Kalinin vilayətinin Rjev şəhərində yerləşən 1315 saylı səyyar mexanikləşdirilmiş dəstənin tikinti ustası işləmişdir. 1980–1982-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur.

1982–1993-cü illərdə Mingəçevir şəhərində yerləşən Azərbaycan DRES tikintisində müxtəlif vəzifələrdə çalışmışdır. 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

1992-ci ildə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaradılmasında iştirak etmiş və 1992–1999-cu illərdə təşkilatın sədri olmuşdur. 1993-cü ildən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, müavini, 1997–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin sektor müdiri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının I (1999-cu il), II (2001-ci il), III (2005-ci il), IV (2008) və V qurultaylarında (2013-cü il) partiyanın Siyasi Şurasının üzvü seçilmişdir.[7]

2003-cü ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin, 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevin seçkiqabağı vəkili olmuşdur. 2008-ci, 2013-cü və 2018-ci il prezident seçkilərində[8], 2009-cu il və 2016-cı il Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumlarda[9] və 2009-cu, 2014-cü və 2019-cu il[10][11] bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasında Yeni Azərbaycan Partiyasını məşvərətçi səslə təmsil etmişdir.

29 yanvar 2015-ci ildən 1 aprel 2021-ci ilədək YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri olub.[5]

Azərbaycan Milli Ensiklopediyasının eksperti, siyasi elmlər üzrə fəlsəfə doktorudur. 13 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. Kitablarından dərs vəsaiti kimi istifadə edilir. Politologiya sahəsində geniş tədqiqat işi aparır.

2014-cü ilin sonunda Aydın Mirzəzadənin Türkiyənin MLEC Kitab Nəşriyyatı tərəfindən türk dilində "Karabağ düğümü" adlı kitabı böyük tirajla çap edilib. Kitabda çoxsayı xəritələr, şəkillər, tarixi sənədlər, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər verilib.[12]

2016-cı ilin sonunda Aydın Mirzəzadənin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində erməni dilində "Qarabağ düyünü" kitabı nəşr ediliub. Bu azərbaycanlı tədqiqatçının xaricdə erməni dilində Dağlıq Qarabağ problemininə dair nəşr edilən ilk fundamental əsəridir.[13]

Azərbaycan Respublikası II (2000), III (2005), IV (2010), V (2015), VI (2020) və VII çağırış (2024) Milli Məclisinin Mingəçevir 54 saylı seçki dairəsindən deputat seçilib. Milli Məclisin Təhlükəsizlik, Müdafiə və Korrupsiya ilə mübarizə komitəsinin və Regional məsələlər komitəsinin üzvüdür[4]. Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası Azərbaycan milli nümayəndə heyətinin üzvüdür. Azərbaycan -Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan-İsrail, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür[14].

2024-cü il oktyabrın 8-də Azərbaycan - Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[15]

Evlidir, 2 övladı var.

  1. Azərbaycan Respublikasında çoxpartiyalı sistemin formalaşması xüsusiyyətləri. Bakı, "Azərbaycan", 2001.
  2. Yeni Azərbaycan Partiyası: yaranması, formalaşması və əsas fəaliyyət istiqamətləri. Bakı, "Azərbaycan", 2002.
  3. Demokratiya plyus. Bakı, "Azərbaycan", 2004.
  4. Azərbaycan, Zaman, İnkişaf. Bakı, "Azərbaycan", 2008.
  5. "Qarabağ düyünü", Bakı, "Azərbaycan", 2012.[23][24]
  6. "Müdriklik dərsləri. I hissə", Bakı, "Azərbaycan", 2014.[25]
  7. Karabag dügümü[26]
  8. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi, mövcud durum və həlli yolları, Bakı, "Azərbaycan", 2015, səh 206.[27]
  9. "Müdriklik dərsləri. II hissə", Bakı, "Azərbaycan", 2016.[28]
  10. Qarabağ düyünü (kitab, ermənicə), Sankt-Peterburq, 2016[13].
  11. Heydər Əliyev siyasi irsinin politoloji aspektləri, Bakı, "Azərbaycan", 2016[29]
  12. Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi, Bakı, "Azərbaycan", 2017.[30].
  13. "Müdriklik dərsləri. III hissə", Bakı, "Azərbaycan", 2018.[31]
  14. Vətən müharibəsinin tarixi-siyasi dərsləri, Bakı, I nəşr — Qərbi Kaspi Universitetinin nəşriyyatı, II nəşr — "Azərbaycan" nəşriyyatı, 2022, III nəşr — "Azərbaycan" nəşriyyatı, 2022[32][33].
  15. "Müdriklik dərsləri. IV hssə", Bakı, "Azərbaycan", 2023.
  16. "Parlamentarizm ", Bakı, "Azərbaycan", 2024.[34]

Aydın Mirzəzadənin fikirləri

[redaktə | mənbəni redaktə et]
  • "Parlament kiçik cəmiyyət modeli deməkdir ".[35]
  • "Azərbaycanda İslam adı ilə radikallıq mövcud ola bilməz. Cəmiyyətin bu məsələyə həssaslığı və radikallığı qəbul etməməsi bunu istisna edir".[36]
  • Bizi birinci edən tarixi kökümüz, dərin milli mədəniyyətimiz, düzgün qətiyyətli yolumuz, qeyrətli oğullarımız, bizə güc verən ana-bacılarımız, bizi təmsil edənlərin məsuliyyətidir![37]
  • Universitet potensialı istənilən ölkənin inkişafının əsas göstərilicilərindən biri hesab edilir[38]
  • Dünya Azərbaycansız təhlükəsizliyin olmadığı qənaətindədir[39].
  • "Dünya ölkələri azad edilən ərazilərimizdəki vəziyyəti bilməlidir."[40]
  • "Ən yeni tariximiz sübut etdi ki, müstəqil Azərbaycan dövlətçiliyi şəraitində erməni millətçilərinin tariximizə və mədəniyyətimizə iddiası məğlubiyyətə uğrayır".[41]
  1. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-06-29 at the Wayback Machine  (az.)
  2. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine  (az.)
  3. "Arxivlənmiş surət". 2020-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-14.
  4. 1 2 "Arxivlənmiş surət". 2020-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-14.
  5. 1 2 "Arxivlənmiş surət". 2015-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-29.
  6. "Arxivlənmiş surət". 2017-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-23.
  7. "Arxivlənmiş surət". 2013-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-01.
  8. "Arxivlənmiş surət". 2019-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-06.
  9. "Arxivlənmiş surət". 2016-08-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-20.
  10. "Arxivlənmiş surət". 2019-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-02.
  11. "Arxivlənmiş surət". 2019-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  12. "Arxivlənmiş surət". 2015-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-03.
  13. 1 2 "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-29.
  14. "Arxivlənmiş surət". 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-24.
  15. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). İstifadə tarixi: 2024-10-22.
  16. "Arxivlənmiş surət". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
  17. "Arxivlənmiş surət". 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-04.
  18. "Arxivlənmiş surət". 2017-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-25.
  19. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-29.
  20. "General deputatlara medal verdi". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-13.
  21. "Arxivlənmiş surət". 2018-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
  22. "Arxivlənmiş surət". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-17.
  23. "Arxivlənmiş surət". 2016-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-25.
  24. "Arxivlənmiş surət". 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-25.
  25. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-15.
  26. "Arxivlənmiş surət". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-15.
  27. "Arxivlənmiş surət". 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-15.
  28. "Arxivlənmiş surət". 2016-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-18.
  29. "Arxivlənmiş surət". 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-01.
  30. http://sia.az/az/news/social/642745.html/[ölü keçid]
  31. "Arxivlənmiş surət". 2018-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-05.
  32. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-02.
  33. "Arxivlənmiş surət". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-02.
  34. "Arxivlənmiş surət". 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  35. "Arxivlənmiş surət". 2010-09-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-25.
  36. "Arxivlənmiş surət". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-16.
  37. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-26.
  38. "Arxivlənmiş surət". 2015-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-16.
  39. "Arxivlənmiş surət". 2016-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-17.
  40. "Arxivlənmiş surət". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-24.
  41. "Arxivlənmiş surət". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]