BƏƏ–Türkiyə münasibətləri — BƏƏ və Türkiyə arasındakı ikitərəfli diplomatik münasibətlər.
BƏƏ-Türkiyə münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Ölkələr geniş mədəni, hərbi və iqtisadi əlaqələrə malikdirlər. Lakin son illərdə münasibətlər xeyli pisləşmişdir[1]. 2017-ci ilin may ayında BƏƏ-nin Amerika Birləşmiş Ştatlarındakı səfiri Yusif əl-Otayba, Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğanı BƏƏ və ABŞ üçün uzun müddətli təhlükə adlandırdı[2].
2017-ci ilin dekabr ayında BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed əl-Nahayyan Twitter səhifəsində Osmanlı generalının Mədinəni Osmanlı imperiyası dövründə qarət etdiyini yazdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cavab olaraq Abdullah bin Zayed əl-Nahayyanı təhrikçi biri olaraq, neft gəliri ilə şıltağ olaraq yetişən insan adlandırdı. BƏƏ-nin ali çinli diplomatı Ənvər Qarqaş məzhəbçi və fanatik düşüncənin Tehran və ya Ankara rəhbərliyini qəbul etməyən ərəb dünyası üçün məqbul alternativ olmadığına dair bir bəyanat verdi[3].
2018-ci ilin mart ayında Ənvər Qarqaş ölkələr arasında əlaqələrin yaxşı vəziyyətdə olmadığını söylədi və Türkiyəni ərəblərin suverenliyinə hörmət etməyə, qonşuları ilə müdriklik və rasionallıqla ünsiyyətə çağırdı[4]. 2018-ci ilin may ayında Ənvər Qarqaş ərəb ölkələrini Orta Şərqdə Türkiyə və İran nüfuzunun artması təhlükəsi qarşısında birləşməyə çağırdı[5].
İki ölkə arasındakı diplomatik münasibətlər Misir böhranı və onun nəticələrinə dair fərqli fikirlərə görə pisləşdi: Türkiyə Müsəlman qardaşlarını dəstəkləyirdi. BƏƏ isə prezident Əbdül Fəttah əs-Sisinin rəhbərliyindəki hökuməti dəstəkləmişdir.
Türkiyə BƏƏ səlahiyyətlilərini 2016-cı ildə çevriliş cəhdini dəstəkləməkdə ittiham edir. 2017-ci ilin iyun ayında bu iddiaların doğruluğunu təsdiq edən Yusif al-Otaybadan sızan bir e-poçt dərc edilir[6][7][8].
BƏƏ səlahiyyətliləri diplomatik böhran zamanı Türkiyənin Qətərə verdiyi dəstəyi tənqid etmişdilər[9].
2008-ci ildə ölkələr arasında ticarətin həcmi 7 il ərzində 80 % artaraq 9 milyard ABŞ dolları təşkil etmişdir[10]. Türkiyə 2004-2008-ci illər arasında BƏƏ-yə ən böyük mal tədarükçülərindən biri idi və bu müddət ərzində BƏƏ-nin Türkiyəyə ixracı 6 dəfə artmışdır. 2009-cu ildə Etihad Airways, həftədə 4 dəfə İstanbula uçuşlar edirdi. Buna səbəb sərnişin axınının artması olmuşdur[11].
2008-ci ildə əmirliyin iş adamları özəlləşdirmə proqramı çərçivəsində Türkiyədəki daşınmaz əmlaka fəal investisiya qoymuşdular[12]. 2010-cu ildə ölkələr ticari əlaqələrin və ortaq layihələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın mümkün sahələrini müəyyənləşdirmək öhdəliyini götürdülər[13].