Bəşir İmanov

İmanov Bəşir İsmayıl oğlu (5 may 1914, Horadiz, Qaryagin qəzası[1]8 noyabr 1969, Bakı) — SSRİ Xalq Daxili İşlər Komissarlığının polkovniki.[2] SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin (Azərbaycan Sovet Təhlükəsizlik Orqanlarında) birinci şəxsin müavini.[3] Lavrenti Beriya adına Milis İdarəsinin rəisi.[4]

Bəşir İmanov
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1914(1914-05-05)
Doğum yeri
Vəfat tarixi 8 noyabr 1969(1969-11-08) (55 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Təltifləri “Əmək igidliyinə görə” medalı "İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

İmanov Bəşir İsmayıl oğlu 1914-cü ildə Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdu.[5] Bəşir İmanov valideynlərinin təkidi ilə 1929-cu ildə doğulduğu rayonda yerləşən Pedaqoji məktəbə daxil olur. 1931-ci ildə Pedaqoji məktəbi əla qiymətlərlə başa vuraraq, təyinatla Horadiz orta məktəbində müəllimlik fəaliyyətinə başlayır. 1943-cü ildə Bakıda Dəmiryol Texnikumunu bitirdikdən sonra Hacılı Dəmiryol Stansiyasında işləməyə başalayır. Sonra təhsilini davam etdirmək üçün Tbilisi şəhərində Dəmiryol İnstitutuna daxil olur və institutu bitirdikdən sonra, Ələt-Culfa dəmir yolu hissəsində rəis müavini təyin edilir. 1948-ci ildən isə Bəşir İmanov polis orqanlarında calışmağa başlayır.[6] 1948-ci ildən Ələt qəsəbəsi NKVD-nin rəisi vəzifəsinə keçirilir. 1960-cı ildə Azərbaycan Dəmir Yolları İdarəsinin Lavrenti Beriya adına Milis İdarəsinin rəisi vəzifəsinə təyin edilir. 08.11.1969-cu ilədək daxili işlər orqanlarında müxtəlif vəzifələrdə (müstəntiq, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, inspektor, baş inspektor, bölmə rəisi, şöbə rəisi, idarə rəisinin müavini, idarə rəisi) xidmət etmişdir.[7]

İmanov həm də hərbi və xüsusi təhsil məktəblərində tədris olunan dərsliklərin müəllifi kimi tanınıb, O gənclərin hərbi xidmətə hazırlanmasına öz töhvəsini verib. Onun təkidi və köməkliyi ilə bir çox gənc o dövrdə azərbaycanlılar üçün əlçatmaz olan Ali hərbi məktəblərə göndərilib.[4]

Rusiya Daxili İşlər Nazirliyi Arxiv Mərkəzinin şöbə müdiri A. A. Kovalev 3/237701880628 №li məktubunda qeyd edib ki, Bəşir İmanova ölümündən bir necə gün əvvəl Moskvadan general ali rütbəsi verilməsi nəzərdə tutulubmuş, belə ki, təqdimat sərəncamda imiş, lakin ürək çatışmazlığından vəfat etmiş Bəşir İmanov Moskvaya yollana bilmədiyi üçün ali rütbəni daşımaq ona nəsib olmayıb. Polis orqanlarındakı yüksək xidməti ilə hər kəsin hörmətini qazanan Bəşir İmanov 1969-cu ildə ürək çatışmazlığından vəfat edib.[4]

Xidmət dövründə 15 mükafatı olmuşdur (onlardan: pul mukafatı — 2, təşəkkür — 6, medal — 7).[7]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 1944-cü ildə "Qafqazın müdafiəsinə görə" medalı.[8]
  • 1945-ci ildə "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı.
  • 1945-ci ildə "Əmək igidliyinə görə" medalı.[8]
  • 1948-ci ildə "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı ilə təltif edilir.
  • 1954-cü ildə "İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı ilə təltif edilir.[8]
  • 1961-ci ildə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı.
  • 1966-cı ildə "Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif olunur.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Freebase Data Dumps. Google.
  2. "General rütbəsi alsa da, bunu daşımaq ona nəsib olmadı". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
  3. "ABŞ-da yaşayan general nəvəsinin həyat yoldaşı — Miçiqanda özəl klinikası olan azərbaycanlı". 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
  4. 1 2 3 "Tarixin izi ilə… pravda.az İnsan var ki, onun ömürlüyü bir vərəqə ancaq yerləşir, insan da var ki, onun ömrünün təsviri bir kitaba da sığmır.". 2023-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
  5. "Tarixin izi ilə… Arasdırma.info xəbər verir ki, SSSR-nin polkovniki haqqında Jurnalist araşdırması nəticəsində maraqlı məlumatlar əldə olunub.". 2023-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  6. "Mircəfər Bağırov niyə özünü qatil adlandırıb?". baymedia.az. 2018-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-23.
  7. 1 2 "Tarixin izi ilə… Kanal17.org SSSR-nin polkovniki haqqında Jurnalist araşdırması nəticəsində maraqlı məlumatlar əldə olunub.". 2023-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  8. 1 2 3 4 "Azərbaycanın qəhrəman oğlu Bəşir İmanov". 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.

Mənbə[redaktə | mənbəni redaktə et]