BədBəxt

Breaking BadVins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir.

Breaking Bad
ing. Breaking Bad
Loqonun şəkli
Teleserialın posteri. Personajlar: Cessi Pinkman və Volter Vayt.
Teleserialın posteri. Personajlar: Cessi PinkmanVolter Vayt.
Janr cinayət, triller, neo-vestern, qara komediya
Rejissor
Prodüser Vins Qilliqan
Mark Conson
Mişel Maklaren
Stüart Lions
Sem Ketlin
Con Şiban
Piter Quld
Corc Mastras
Tomas Şnauts
Brayan Krenston
Moyra Uolli-Bekkett
Karen Mur
Petti Lin
Yaradıcısı Vins Qilliqan
Ssenarist
Rollarda Brayan Krenston
Anna Qann
Aaron Pol
Din Norris
Betsi Brandt
Ar Cey Mitt
Bob Odenkerk
Cankarlo Espozito
Conatan Benks
Lora Freyzer
Cessi Plemons
Bəstəkar Deyv Porter
İstehsalçı ölkə ABŞ ABŞ
Studiya High Bridge Entertainment
Gran Via Productions
Sony Pictures Television
Dil ingilis, ispan
Rəng rəngli
Mövsüm sayı 5
Seriya sayı 62 (seriyalar)
Seriya vaxtı 43-58 dəq.
Davametmə müddəti 20 yanvar 200829 sentyabr 2013
Telekanal AMC
IMDb ID0903747
Format 1080i (16:9 HDTV)
amctv.com/shows/breaking…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür.

"Breaking Bad" bütün dövrlərin ən yaxşı seriallarından biri kimi göstərilir. Teleserialın sonuncu seriyası yayımlandıqdan sonra ABŞ televiziyasının ən çox izlənən kabel verilişlərindən biri olmuşdur. Serial bir çox mükafat qazanmışdır: 16 Emmi mükafatı, 8 Peyk mükafatı, 2 Qızıl Qlobus mükafatı, 2 Pibodi mükafatı, 2 Tənqidçilərin Seçimi mükafatı və 4 Televiziya Tənqidçiləri Assosiasiyası mükafatı. Performanslarına görə Brayan Krenston 4 dəfə "Dram teleserialında ən yaxşı kişi roluna görə" Emmi mükafatı, Aaron Pol 3 dəfə "Dram teleserialında ən yaxşı ikinci plan kişi roluna görə" Emmi mükafatı və Anna Qann 2 dəfə "Dram teleserialında ən yaxşı qadın roluna görə" Emmi mükafatı qazanmışdır. "Breaking Bad" 2013-cü ildə bütün dövrlərin ən çox bəyənilən verilişi kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür.

Qazandığı mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • 2008 Emmi mükafatı
    • Dram sahəsində ən yaxşı aktyor - Bryan Cranston
  • 2008 Emmi mükafatı
    • Dram serialı üçün tək kamera ilə şəkil düzəlişləri - "Pilot"
  • 2008 ABŞ ssenaristləri mükafatı
    • Ən yaxşı dram seriyası - "Pilot"
  • 2008 Satellite mükafatı
    • Drama Dalında En İyi Erkek Oyuncu - Bryan Cranston
  • 2009 Emmi mükafatı
    • Drama Dalında En İyi Erkek Oyuncu - Bryan Cranston
  • 2009 Emmi mükafatı
    • Dram serialı üçün tək kamera ilə şəkil düzəlişləri - "ABQ"
  • 2009 Prism mükafatı
    • Çox epizodlu film ssenarisinə malik ən yaxşı dram serialı (1-ci sezon)
  • 2010 Emmi mükafatı
    • Bryan Cranston (Ən yaxşı aktyor)
    • Aaron Paul (Ən yaxşı köməkçi aktyor)
  • 2012 Emmi mükafatı
    • Aaron Paul (Ən yaxşı köməkçi aktyor)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]