«Bədheybət» (ing. Monster) — rejissor Petti Cenkinsin dram filmi. 2003-cü ildə birgə alman-amerikan istehsalı ilə ekranizasiya edilmişdi. Filmin süjetinə, Floridadan olan real seriyalı qatil Eylin Uornosun həyat tarixçəsi qoyulub.
Bədheybət Monster | |
---|---|
ing. Monster | |
Janr |
bioqrafik film kriminal film dram filmi |
Əsas mövzu | fahişəlik, seriyalı qatil, ölüm cəzası, Eylin Uornos |
Rejissor | Petti Cenkins |
Prodüserlər | |
Baş rollarda |
Şarliz Teron Kristina Riççi Brüs Dern Li Tergesen |
Operator | Steven Bernstein |
Bəstəkar | BT |
Distribütor | InterCom[d], Netflix |
İlk baxış tarixi | 30 yanvar 2004[1], 2003 |
Filmin növü | Bədii film |
Müddət | 109 dəq. |
Büdcə | 8 mln $ |
Ölkələr |
ABŞ Almaniya |
Dil | İngiliscə |
İl | 2003 |
Rəng | rəngli |
IMDb | ID0340855 |
Mükafatları |
Həyatından bezmiş küçə fahişəsi Eylin Uornos barda gənc və yaraşıqlı Selbi Uoll ilə tanış olur. Məhz Selbidən, o xırdaca diqqət alır və onunla həmsöhbət olur. Bundan başqa Selbi lesbiyandır, bu da onu qadınlarla təmasa girməyə vadar eləyir. Amma Eylinlə kontakt yaratmaq çox çətindir. Eylin əvvəlcə Selbinin meyllərinə qarşı olur, lakin sonradan ona aşiq olur.
Seks müştərilə görüşdükdə (slenq ifadədə onun adı Condur — John Doe «anonim» mənasını verir). Eylin döyülməyə və zorakılığa məruz qalır. Con onun əllərini bağlayır və ona işgəncə verir, ancaq Eylin əllərini açaraq, çantasında revolveri götürür və onu gülləliyir. Conun avtomobili və bir qədər pul, nəticədə Eylinə çatır. Eylin Selbini motelə aparır, onlar ailə cütlüyü kimi yaşamağa çalışırlar. Eylin fahişəlik sənətini atmaq üçün ümidsiz cəhdlər edir — bunun üçün o bir çox kontorlara işə qəbul olmaq üçün ərizələr verir. Amma hər yerdən rədd cavabı alır — heç kimə uzunillik stajı olan keçmiş fahişə lazım deyil. Yolda onu polis saxlayır və fəhişəliyə görə onu həbs edir. Avtomobildə polis işçisi ona minet etməyə məcbur edir və sonra onu buraxır. Selbidə isə eqoist meyillər yaranır; o istəyir ki, Eylin onun istəklərini yerinə yetirsin. Bu istəklər üçün lazım gələrsə öz köhnə fahişə həyatına da qayıtsın. Yaranan münaqişə nəticəsində, Eylin müştərilərindən birini öldürdüyünü ona deyir, amma bu Selbini istəyindən daşındırmır.
Bundan sonra Eylin yenidən küçə həyatına qayıdır. Və klientləri öldürməyə davam edir. Buna baxmayaraq, o özünün yaratdığı şərəf kodeksinə əməl edir; bu kodeks, onun əclaf saymadığı klientləri öldürməyə qadağadan ibarətdir. Bu zaman isə polis kişiləri öldürən şəxsi axtarır. Oğurlanmış avtomobillə edilən təsadüfi qəza nəticəsində, 2 qoca onları yadda saxlayır və polisə şikayət edərək, onların üz cizgilərini təsvir edirlər. Onların portretlərini hər gün efirdə translyasiya edirlər. Bu görən Selbi dəhşətə gəlir. O tələb edir ki, Eylin yeni maşın tapsın (faktiki olaraq növbəti adamı öldürsün). Eylin küçədə duraraq yeni partnyor axtarışındadır. Yaşlı bir adam avtomobilini saxlayaraq onu mindirir. Eylin onunla sekslə məşğul olmağa təklif edir. Amma o seks istəmir, əksinə o kömək etmək istəyir. Ancaq stress vəziyyətində olan Eylin onu öldürür və bu onu çaşqınlıq halına gətirir. Amma yol üçün pul toplanıb və Eylin Selbiyə bilet alır ki, o öz valideynlərinin yanına gedə bilsin. O həmçinin ona bütün pullarını verir, bara gedir və orda güclü sərxoş olur. Barda o iki kişi ilə qarşılaşır, onlar onunla gəzişməyə təklif edirlər. Dostu Tomun, bu kişilərə qulaq asmamağı və tez bardan qaçmağı xəbərdarlıq etməsinə məhəl etməyən Eylin kişilərlə küçəyə çıxır və burada onu polislər saxlayır. Eylinin həbs edirlər. Həbsxanaya Selbi zəng eləyir. Eylin bu zəngə çox sevinir və qızı sakitləşdirməyə çalışır və polisin heç bir dəlili olmadığını deyir. Lakin Selbi artıq polislə əməkdaşlıq eləyir. O Eylini bütün ölüm hadisələrinə görə günahı öz üzərinə götürməyə provokasiya edir. Eylin anlayır ki, bu telefon danışığı polis tərəfindən dinlənilir və telefonla hər şeyi etiraf edir. Məhkəmədə Selbi keçmiş sevdiyinə, qarşı ifadə verir. Florida ştatının məhkəməsi Eylini ölüm cəzasına məhkum edir...
Aktyor | Rol |
---|---|
Şarliz Teron | Eylin Uornos |
Kristina Riççi | Selbi Uoll |
Brün Dern | Tomas |
Li Tergesen | Vinsent Kori |
Enni Korli | Donna |
Prüitt Teylor Vins | Jene |
Bədheybət | ||||
---|---|---|---|---|
Yayımlanma tarixi | 30 yanvar 2004 | |||
Janr | film musiqisi | |||
Müddət | 110 dəq. | |||
Leybl | Interscope | |||
Prodüser | BT | |||
Albom xronologiyası | ||||
|