Bədiəddin 1315-ci ildə Suriyada, Hələb şəhərində anadan olmuşdur.[5] Sonrakı əsrlərdə onun haqqında getdikcə daha çox əfsanələr yaranmış, bu da mənbələrin ardıcıl olaraq onun doğum ilini daha əvvələ aparmasına səbəb olmuşdur. Həmin mənbələrdə Bədiəddinin mənşəyi ilə bağlı bir-birini təkzib edən qeydlər mövcuddur. Bəziləri onun seyid, yəni İslam peyğəmbəri Məhəmmədin nəslindən olduğunu iddia edir və onun mənşəyini imamCəfər Sadiqə (765-ci ildə vəfat etmişdir) çıxarır. Digərləri Məhəmmədin 678-ci ildə vəfat edən səhabəsiƏbu Hüreyrənin nəslindən olduğunu yazırlar. Bədiəddinin İslamı qəbul etmiş bir yəhudi olması iddiası sadəcə bir mənbədə dəstəklənir.[1]
Onun müəllimi Bəyazid Tayfur Bəstami idi.[6] Bədiəddin Mədinəyəhəcc ziyarətindən sonra İslamı yaymaq üçün Hindistana getmişdir. Hindistanda bir çox hindu onun sayəsində İslamı qəbul etmişdir.[2] Burada o, Mədariyyə təriqətinin əsasını qoymuşdur.[3] Onun Sultan İbrahim Şərqinin (1402–1440-cı illərdə hakimiyyətdə olmuşdur) göstərişi ilə tikilmiş məzarı Məkanpurda yerləşir.[7]
↑ 12Bhattacharya, Ananda. "MADARIYA SUFI SILSILA THEIR DISTINCTIVE CHARACTERISTICS AND RELATIONS WITH THE INDIAN POWERS". Proceedings of the Indian History Congress. 69. 2008: 384–402. JSTOR44147203.