Benksi (ing. Banksy; güm. 28 iyul 1974[1]) — Kimliyi dəqiq məlum olmayan İngiltərəli qalmaqallı, məşhur qraffiti-rəssam, siyasi aktivist, rejissor və rəssam. İsveçrəli sənətçi Maître de Casson-un Banksy ola biləcəyi barədə fərziyyələr var[2]. Maître de Casson veb saytında bunu təkzib edir[3]. O, qanunsuz sayılan küçə sənətini müasir incəsənətin məşhur və bahalı növünə çevirmişdir. Benksinin yaradıcılığı cəmiyyətin, ictimai-siyasi quruluşunu tənqidi, üslubu ilə seçilir. O, dörd kitabın müəllifi, iki kitabın isə qəhrəmanıdır. Həmçinin sənədli komediya filmləri də çəkmişdir. Benksi çəkdiyi rəsmləri satmır, amma onun əsərlərini divarla birlikdə almaq istəyən istəyən insanlar olmuşdur. Əsərlərinin əsas qəhrəmanları heyvanlar, polislər, qocalar və uşaqlardır. 2009-cu ilin 13 iyununda Bristolda instalyasiya və rəsmlərdən ibarət yüzlərlə incəsənət nümunəsinin nümayiş olunduğu the Banksy UK Summer show sərgisi təşkil olunmuşdur.
Benksi | |
---|---|
Doğum tarixi | güm. 28 iyul 1974[1] (50 yaş) |
Doğum yeri | Bristol, İngiltərə, Böyük Britaniya |
Fəaliyyəti | kinorejissor, rəssam, siyasi fəal[d], yazıçı, heykəltaraş, investisiya fəalı[d], küçə sənətçisi[d] |
Janrlar |
qraffiti küçə sənəti Bristol underground scene heykəltaraşlıq satira |
Stillər |
Antihərbçilik Antikapitalizm Antiimperializm Anarxizm Nihilizm Ekzistensializm |
Tanınmış işləri |
Naked Man Image One Nation Under CCTV Anarchist Rat Ozone’s Angel Pulp Fiction Simpsons intro 2010 |
banksy.co.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrafik dizayner Tristan Manconun Home Sweet Home adlı kitabına əsasən, Benksi 1974-cü ildə anadan olub, Bristolda böyüyüb. atası foto mexanik olub. Özü isə qəssablığı öyrənib, lakin qraffiti sənəti onu cəlb edib.
2015-ci ildə Benksi Qəzzədəki küçə sənəti nümunələrini və satirik mövzuda hazırlanmış filmi öz internet səhifəsində yerləşdirib.[4]
Banksy, Banging Your Head Against a Brick Wall (2001)
Banksy, Existencilism (2002)
Banksy, Cut It Out (2004)
Banksy, Wall and Piece (2005)
Banksy, Pictures of Walls (2005)