Bəstəkar Qara Qarayev. Opus-78 qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film zəmanəmizin böyük bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin Moskvada tamaşaya qoyulmuş "Coşğun Qaskoniyalı" müzikli haqqındadır.
Bəstəkar Qara Qarayev. Opus-78 | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | Arif Qazıyev |
Ssenari müəllifi | Arif Qazıyev |
Operatorlar |
Aydın Axundov D. Məmmədov |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 1979 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Ölkələr | Azərbaycan SSR |
Dil | rusca |
İl | 1979 |
Texniki məlumatlar |
2 hissə 517 metr |
Rəng | rəngli |
Film zəmanəmizin böyük bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin Moskvada tamaşaya qoyulmuş "Coşğun Qaskoniyalı" müzikli haqqındadır. Rostanın "Sirano de Berjerak" pyesinin motivləri üzrə bəstəkar Qara Qarayev 1973-cü ildə "Coşğun Qaskoniyalı" müziklini yazmış və bu əsər Moskvanın operetta teatrında böyük uğurla tamaşaya qoyulmuşdur. Tamaşa günü dahi bəstəkarın sevincinin həddi-hüdudu yox idi. O, kamera qarşısında dayanıb operettanın yaranma tarixindən danışır.[1]
Filmdə tamaşaya gələnlər və yaradıcı heyətin üzvləri də əsər haqqında öz fikirlərini bölüşür, rejissor Y.Petrov, baş rolun ifaçısı Tatyana Şmıqa müsahibə verirlər.[1]
Azərbaycan filmlərinin siyahısı
1979-cu ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı