Bəstəkar Qara Qarayev. Opus-78 (film, 1979)

Bəstəkar Qara Qarayev. Opus-78 qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film zəmanəmizin böyük bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin Moskvada tamaşaya qoyulmuş "Coşğun Qaskoniyalı" müzikli haqqındadır.

Bəstəkar Qara Qarayev. Opus-78
Janr sənədli
qısametrajlı
Rejissor Arif Qazıyev
Ssenari müəllifi Arif Qazıyev
Operatorlar Aydın Axundov
D. Məmmədov
İstehsalçı "Azərbaycantelefilm"
İlk baxış tarixi 1979
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil rusca
İl 1979
Texniki məlumatlar 2 hissə
517 metr
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film zəmanəmizin böyük bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin Moskvada tamaşaya qoyulmuş "Coşğun Qaskoniyalı" müzikli haqqındadır. Rostanın "Sirano de Berjerak" pyesinin motivləri üzrə bəstəkar Qara Qarayev 1973-cü ildə "Coşğun Qaskoniyalı" müziklini yazmış və bu əsər Moskvanın operetta teatrında böyük uğurla tamaşaya qoyulmuşdur. Tamaşa günü dahi bəstəkarın sevincinin həddi-hüdudu yox idi. O, kamera qarşısında dayanıb operettanın yaranma tarixindən danışır.[1]

Filmdə tamaşaya gələnlər və yaradıcı heyətin üzvləri də əsər haqqında öz fikirlərini bölüşür, rejissor Y.Petrov, baş rolun ifaçısı Tatyana Şmıqa müsahibə verirlər.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 209

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1979-cu ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı

Xarici keçid[redaktə | mənbəni redaktə et]

Filmi izlə (böyük fraqment, rus dilində)