Bəxtiyar Balakişiyev

Bəxtiyar Balakişiyev (27 mart 1957, Əmiranlar, Xocavənd rayonu) — yazıçı, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü,publisist. Azərbaycan Yazıçılar və Jurnalistlər İttifaqlarının üzvü

Bəxtiyar Balakişiyev
azərb. Bəxtiyar Qaraca oğlu Balakişiyev
Doğum tarixi 27 mart 1957(1957-03-27) (66 yaş)
Doğum yeri
Vətəndaşlığı
Mükafatları "Tərəqqi" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Bəxtiyar Qaraca oğlu Balakişiyev 27 mart 1957-ci ildə Xocavənd rayonunun Əmirallar kəndində (Dağlıq Qarabağ) anadan olub.

1976-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1979–82-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fükültəsində təhsilini davam etdirib.

1982–89-cu illərdə Dövlətnəşrkomda redaktor vəzifəsində çalışıb. 1989–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, şöbə müdiri və Baş redaktor vəzifələrində çalışıb. 2006-cı ilin sentyabrında müəyyən səbəblərdən televiziyadakı işindən ayrılıb və müxtəlif kanallarla (TRT, Xəzər və s.) əməkdaşlıq edib. 2010–2016-cı illərdə "Azərbaycan" qəzetində şöbə müdiri vəzifəsində çalışıb.

2014–2015-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Qarabağ münaqişəsi ilə əlaqədar yaradılan İtki və Tələfatların Hesablanması üzrə İşçi Qrupunun üzvü kimi fəaliyyət göstərib.

2016–17-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də Mədəniyyət kanalının direktor müavini vəzifəsində işləyib. 2017-ci ilin sentyabrında müəyyən səbəblərdən televiziyadakı işindən ayrılaraq müstəqil fəaliyyətini davam etdirib. 2019-cu ilin fevralın 1-dən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də yeni yaradılan Müəllif Proqramları və Xüsusi layihələr Departamentinin rəhbəri təyin edilib.

12 mart 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 6 il müddətinə MTRŞ-ə üzv təyin olunub.[1]

Azərbaycan Respublikası Prezidentinin təqaüdünə və Ali Media Mükafatına layiq görülüb. 2010-cu ildə "Tərəqqi" medalı ilə mükafatlandırılıb.[2]

Azərbaycan Yazıçılar və Jurnalistlər İttifaqlarının üzvüdür. "Meteor yağışları", "Yerlə göy arasında", "İstiqlal düşüncələri" kitablarının, çoxsaylı məqalələrin, bədii və sənədli filmlərin müəllifidir.

İki övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.
  2. "Azərbaycan Respublikasının mətbuat işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.