Əmiranlar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Əmiranlar kənd inzibati ərazi dairəsində kənd.[2] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əmiranlar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Əmiranlar | |
---|---|
39°48′04″ şm. e. 47°07′56″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 400 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri mütəmadi olaraq müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulur.[3]
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
Əmirallar kənd adının əsli Əmiralılar olmuşdur. Yaşayış məntəqəsini əmiralı nəslinə mənsub olan ailələr saldığı üçün belə adlandırılmışdır.[4] Bəzi tədqiqatçılar isə toponimi "əmir alanlar" kimi izah edirlər. Deyilənə görə, bura çatdırılan əmirlər, fərmanlar ərazidə elan olunur, həm də onun icrasına nəzarət edilirmiş. Bu səbəbdən kənd əmir alanlar, yaxud azacıq təhriflə əmrallar adlanıb. Əmiralılar (eymuralılar) etnonimdir.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Xocavənd rayonunun mərkəzi olan Xocavənd şəhərindən 3 kilometr şimal-şərqdə, Ağdam-Füzuli şose yolu (Bəzirgan) kənarında, Qarabağ silsiləsinin ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | XXXX | XXXX | XXXX |
2009[6] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənd əhalisinin sayı 700 nəfərdir. Kənddə əmirallar, bəhrəmlilər, avşarlar, avdallar və s. adlı tayfa, tirə və nəsillər vardır.
Kənd əhalisi əsasən taxılçılıq, heyvandarlıq, baramaçılıq, bostançılıq, bağçılıq və üzümçülüklə məşğul olur.
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.