Bəxtiyar Cəfərov (əsgər, 1966)

S/S
Şəhid
Rütbəsi
SQ
Qısa tərcümeyi-halı
1.
Cabbarov Fazil Yusif oğlu
əsgər
1969-cu ildə Kəlbəcərdə anadan olmuşdur. 1992-ci ildə könüllü olaraq Kəlbəcər batalyonunda xidmətə başlamış və özünü bacarıqlı kəşfiyyatçı kimi göstərmişdir. 1992-ci ilin may ayının 29-da Laçının Piçənis kəndində ermənilərlə döyüşdə igidlik göstərmiş və həlak olmuşdur.
2.
Cavadov Elman Xurşud oğlu
polis
1973-cü il Sumqayıt şəhərində dünyaya gəlib.[1] 19 iyun 1992-ci ildə Ağdərə rayonunun Aterk kəndində həlak olmuşdur. Şəhidlər Xiyabanında dəfn olunmuşdur. 19 noyabr 1992-ci il tarixli müvafiq Fərman ilə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir.[2]
3.
Cəfərov Bəxtiyar Rafiq oğlu
əsgər
1966-cı il Yevlax rayonunun Xaldan kəndində anadan olub. 1993-cü il 18 yanvarda Ağdərə rayonunda şəhid olmuşdur.[3] Xaldan qəsəbəsində dəfn olunmuşdur.[4]
4.
Cəfərov Bəxtiyar Yaqub oğlu
polis
1973-cü ildə Xırdalan şəhərində anadan olmuşdur. 19.6.1992-ci ildə Ağdərə rayonunda həlak olmuşdur. Azərbaycan Prezidentinin 19 noyabr 1992-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir.[5] Adı əbədiləşdirilərək oxuduğu 3 saylı Xırdalan şəhər orta məktəbinə onun adı verilmişdir.
5.
Cəfərov Məsim Cəfər oğlu
əsgər
25 may 1955-ci ildə Göygöl rayonunun Pənahlılar kəndində anadan olmuşdur. O, 1992-ci ildə könüllü olaraq Göygöl rayonunun Dozular batalyonuna yollanmış və 815 saylı hərbi hissənin tərkibində döyüşmüşdür. 4 iyul 1992-ci ildə Ağdərə uğrunda gedən qızğın döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Pənahlılar kənd orta məktəbi Məsim Cəfərovun adını dayışır.[6]
6.
Cəfərov Rafail Baba oğlu
əsgər
1956-cı ildə Bakı şəhərində dünyaya gəlib. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsi Hacı Zeynalabdin Tağıyev adına 123 saylı tam orta məktəbini bitirib. 1994-cü ildə Ağdamda şəhid olmuşdur.[7][8] Mərdəkan bələdiyyəsi Cəfərov Rafail Baba oğlu adını daşıyan küçəyə 2018-ci ilə şəhidimizin xatirə lövhələri hazırlananaraq, onların yaşadıqları küçənin başlanğıcına vurulmuşdur[9]
  1. "Arxivlənmiş surət". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-06.
  2. "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-19.
  3. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
  4. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
  5. "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-20.
  6. "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-12.
  7. "Arxivlənmiş surət". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-07.
  8. "Arxivlənmiş surət". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-07.
  9. "Arxivlənmiş surət". 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-07.