Piçənis — Azərbaycan Respublikasının Laçın rayonu Piçənis kənd inzibati ərazi dairəsində kənd.[1]
Piçənis | |
---|---|
39°48′11″ şm. e. 46°26′48″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.550 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Piçənis kəndinin adının peçeneq türk tayfaları zəminində yarandığına inanılır. Kənd yaxınlığında Piçənisin düzü, Piçənisçay adları da bu gün yaşamaqdadır.[2]
Piçənis XIX əsrin ortalarında kürdmənşəli[3] Qasımuşağı tayfası tərəfindən yaradılmışdır.[4] Kənd erməni-müsəlman qırğınları və Azərbaycan-Ermənistan müharibəsi zamanı döyüş bölgələrindən biri olmuşdur.[5] Piçənis 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[6] Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.[7]
Peiçənisdə bir orta məktəb, mədəniyyət ev, musiqi məktəbi, poçt şöbəsi, tibb məntəqəsi, uşaq bağçası, kitabxana, mağaza, qədim məscid və Qafqaz Albaniyasına məxsus qədim kilsə var. Kəndin yaxınlığında su dəyirmanı, çayın üzərində salınmış Çiçəyin körpüsü adlı tarixi abidə də vardır.[2]
Piçənis kəndi Laçın şəhərinin şimal-qərb istiqamətində 45 km məsafədə yerləşir. Kənd dəniz səviyyəsindən 1,550 m yüksəklikdə yerləşir. Laçın–Şamkənd şose yolu kəndin içərisindən keçir. Kənd əsasən Şəlvəçay və Ələkçiçay çayları ilə əhatələnib. Kəndin yaxın ətrafında Ağcayazı, Arduşlu, Xaçınyalı yaşayış məntəqələri yerləşir. Şimaldan Sallıq, Qırxbulaq dağları ilə cənubdan isə Piçənis düzü adlanan təxminən 60 hektarlıq sahə ilə əhatələnib. Kəndin yaxın ətrafında Xanölən dərə, Talıbxan dərə yurdu adlanan ərazilər yerləşir. Kəndin ətrafında bir çox bulaqlar var. Bulaqlardan Meşə bulağı, Sərin bulağı, Pəri bulağı və s.[2]
Kəndin işğaldan əvvəl 61 evdən ibarət 288 nəfər əhalisi olmuşdur.[2] Kəndin əhalisi milliyətcə kürdlərdən ibarət olub,[4] lakin sonradan özlərini "azərbaycanlı" adlandırmışlar.[2]
Əsas təsərrüfatı heyvandarlıq idi.[2]