Pənahlılar — Azərbaycan Respublikasının Göygöl rayonunun Pənahlılar kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı ilə Xanlar rayonunun Pənahlar kəndi Çaylı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Pənahlar kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Pənahlılar | |
---|---|
40°33′34″ şm. e. 46°29′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yaşayış məntəqəsi pənahlar nəslinin məskunlaşması nəticəsində yaranmış və həmin nəslin adı ilə də adlandırılmışdır.[3]
Kənd Kürəkçayın sahilində, dağətəyi ərazidə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1105 nəfər əhali yaşayır.[4]
Göygöl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |