S/S
|
Şəhid
|
Rütbəsi
|
SQ
|
Qısa tərcümeyi-halı
|
1.
|
Cabbarov Fazil Yusif oğlu
|
əsgər
|
|
1969-cu ildə Kəlbəcərdə anadan olmuşdur. 1992-ci ildə könüllü olaraq Kəlbəcər batalyonunda xidmətə başlamış və özünü bacarıqlı kəşfiyyatçı kimi göstərmişdir. 1992-ci ilin may ayının 29-da Laçının Piçənis kəndində ermənilərlə döyüşdə igidlik göstərmiş və həlak olmuşdur.
|
2.
|
Cavadov Elman Xurşud oğlu
|
polis
|
|
1973-cü il Sumqayıt şəhərində dünyaya gəlib.[1] 19 iyun 1992-ci ildə Ağdərə rayonunun Aterk kəndində həlak olmuşdur. Şəhidlər Xiyabanında dəfn olunmuşdur. 19 noyabr 1992-ci il tarixli müvafiq Fərman ilə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir.[2]
|
3.
|
Cəfərov Bəxtiyar Rafiq oğlu
|
əsgər
|
|
1966-cı il Yevlax rayonunun Xaldan kəndində anadan olub. 1993-cü il 18 yanvarda Ağdərə rayonunda şəhid olmuşdur.[3] Xaldan qəsəbəsində dəfn olunmuşdur.[4]
|
4.
|
Cəfərov Bəxtiyar Yaqub oğlu
|
polis
|
|
1973-cü ildə Xırdalan şəhərində anadan olmuşdur. 19.6.1992-ci ildə Ağdərə rayonunda həlak olmuşdur. Azərbaycan Prezidentinin 19 noyabr 1992-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir.[5] Adı əbədiləşdirilərək oxuduğu 3 saylı Xırdalan şəhər orta məktəbinə onun adı verilmişdir.
|
5.
|
Cəfərov Məsim Cəfər oğlu
|
əsgər
|
|
25 may 1955-ci ildə Göygöl rayonunun Pənahlılar kəndində anadan olmuşdur. O, 1992-ci ildə könüllü olaraq Göygöl rayonunun Dozular batalyonuna yollanmış və 815 saylı hərbi hissənin tərkibində döyüşmüşdür. 4 iyul 1992-ci ildə Ağdərə uğrunda gedən qızğın döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Pənahlılar kənd orta məktəbi Məsim Cəfərovun adını dayışır.[6]
|
6.
|
Cəfərov Rafail Baba oğlu
|
əsgər
|
|
1956-cı ildə Bakı şəhərində dünyaya gəlib. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsi Hacı Zeynalabdin Tağıyev adına 123 saylı tam orta məktəbini bitirib. 1994-cü ildə Ağdamda şəhid olmuşdur.[7][8] Mərdəkan bələdiyyəsi Cəfərov Rafail Baba oğlu adını daşıyan küçəyə 2018-ci ilə şəhidimizin xatirə lövhələri hazırlananaraq, onların yaşadıqları küçənin başlanğıcına vurulmuşdur[9]
|