BMT-nin İqlim Dəyişmələri Konfransı (2025)

COP30 kimi tanınan 2025-ci il BMT-nin İqlim Dəyişmələri Konfransı və ya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin KonfransıBMT-nin iqlim dəyişmələri konfranslarının 2025-ci ildə Braziliyada keçiriləcək 30-cusu.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Konfransı (2025)
{{{Şəkil}}}
Keçirilmə tarixi 2025
Keçirildiyi yer {{Flaqifikasiya/{{{Ölkə}}}|bayraq/icon|variant=|miqyas=}} [[]], [[{{{Ölkə}}}]]
Ardıcıllıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlində keçirilib. Adı; COP "Conference of the Parties" Tərəflərin Konfransı adlanır və adındakı30 rəqəmi tədbirin sayca 30-cu olduğunu bildirir. Bundan əvvəlki tədbir — COP29 2024-cü ildə Azərbaycanın Bakı şəhərində baş tutub.

Milli hökumətlər 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını qəbul edərək gələcəkdə onun daha fəal tədbirlərin həyata keçirilməsi üçün əsas olacağını təsdiq etdilər.

Bu çərçivədə 1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində Kioto protokolu qəbul edilib və protokol 2005-ci il fevralın 16-da qüvvəyə minib. Kioto protokolu qlobal istiləşməyə səbəb olan istixana qazlarının atmosferə tullantılarını məhdudlaşdırır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Kioto protokolu üzrə istilik effekti yaradan qazların azaldılmasına dair öhdəliklərin yerinə yetirilməsinin birinci mərhələsi (2008–2012-ci illər) başa çatdıqdan sonra 2012-ci ildə Dohada 18-ci Tərəflər Konfransında Kioto protokolunun ikinci mərhələsi üzrə Doha əlavəsi qəbul edilib.

Həmçinin 2016-cı il aprelin 22-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris sazişinin imzalanma mərasimi keçirilib və bu sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıblar. Konvensiyanın 12-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq Tərəf ölkələr iqlim dəyişmələri sahəsində hazırkı milli şərait ilə bağlı müntəzəm olaraq Konvensiyanın katibliyinə atmosferə atılan istilik effekti yaradan qazların emmisiya mənbələri, səviyyəsi və onların azaldılması istiqamətində görülən işlər barədə həm ölkə, həm də sektorlar üzrə hesabatlar təqdim edirlər.

COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu (Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələr) təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]